• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Ukrayna şərqdə həlledici döyüşə hazırlaşır - Zelenski

Ukrayna şərqdə həlledici döyüşə hazırlaşır - Zelenski
10.04.2022 09:14
Ukrayna silahlı qüvvələri  ölkənin Rusiya qoşunlarının yığışdığı  şərq və cənubunda mühüm döyüşə hazırlaşır. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Kiyevə gələn Avstriya kansleri Karl Neqammerlə danışıqlardan sonra keçirdiyi brifinqdə bildirib. 

Onun açıqlamalarından əsas sitatları təqdim edirik:

- "Ukrayna hər zaman bildirib ki, istənilən danışıqlara hazırdır və müharibəni dayandırmaq üçün hər cür yol axtaracaq”.

 - "Təəssüf ki, biz əyalətimizin şərqində mühüm, bəzilərinin fikrincə, həlledici döyüşə hazırlaşırıq. Bu döyüşün nəticələri barədə proqnoz vermək məsuliyyətini öz üzərimə götürmək istəmirəm. Amma mən dövlətimizi qorumaq  və davamlı olaraq nümayiş etdirdiyimiz mübarizə ilə bağlı məsuliyyətli üzərimə götürürəm”.

- "Biz bilirik  ki, əsas məsələ Xarkovdur,  Zaporojye,  Xerson vilayəti və şərqdədir.  Biz bu gün rus qoşunlarının toplaşdığını hər yerdə müşahidə edirik".
 
"Prosesin necə davam edəcəyi çox faktordan asılıdır. Mariupol dpzür, Mariupol dözəcəkmi? Bizim orada olan silahlı qüvvələrimiz  ən güclülərdən biridir. Onlar və dövlətimiz üçün bu böyük sınaqdır. Bu gün onların ətrafında 10 min rusiyalı hərbçi var. Mariupolu saxlasaq, bu 10 minlik qoşun Mariupol ətrafında qalacaq  və şərqə irəlilyə bilməyəcək”.
 
"Çətin döyüş olacaq, biz öz mübarizəmizə inanırıq, qələbəmizə inanırıq. Ona görə də döyüşməyə hazırıq və bu müharibəni dayandırmaq üçün bu və ya digər diplomatik yollar axtarmağa da hazırıq. Hələlik. Hələlik, biz "paralel dialoq”dan danışırıq!".

Rəsmi Kiyev və Qərb dövlətləri Rusiya qüvvələrinin Ukraynanın şimalından çıxarılmasını geri çəkilmə deyil, yeni hcuma hazırlıq planı kimi dəyərləndirir. Odur ki,  Ukrayna Rusiyanın Donbasda genişmiqyaslı hücumuna qarşı müdafiəyə hazırlaşır. 

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, "Donbass uğrunda döyüşdə”  Ukrayna "minlərlə” zirehli texnikanın, eləcə də artilleriya və aviasiyadan istifadə ediləcəyini gözləyir. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Zelenski Roma Papası ilə görüşəcək
Dünya 13:25
Zelenski Roma Papası ilə görüşəcək

Pakistanın Əfqanıstanla sərhədində 6 hərbçi həlak olub
Dünya 10:18
Pakistanın Əfqanıstanla sərhədində 6 hərbçi həlak olub
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Dünya 23:50
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Dünya 23:06
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Paşinyan yeni müşavir təyin edib
Dünya 20:20
Paşinyan yeni müşavir təyin edib
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib
Dünya 18:39
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Dünya 17:35
Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Niderland Ukraynaya 700 milyon avro ayıracaq
Dünya 16:54
Niderland Ukraynaya 700 milyon avro ayıracaq
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb
Dünya 16:34
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol