• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Podolyak Putin-Zelenski görüşündən danışdı

Podolyak Putin-Zelenski görüşündən danışdı
10.04.2022 09:33
Donbas uğrunda  "şiddətli döyüş”dən əvvəl Putin və Zelenskinin görüşəcəyini gözlənilmir. Bunu Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib. 

Podolyak Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında görüşün ölkənin şərqindəki "böyük döyüşlərdən” sonra baş tutacağını təklif edib. 

 "Ukrayna artıq böyük döyüşlərə hazırdır. Ukrayna bu döyüşlərdə, o cümlədən Donbassda qalib gəlməlidir, bundan sonra Ukrayna müəyyən şərtlər diktə edə biləcək, daha əsaslı danışıqlar mövqeyini qazanacaq. Bu zaman prezidentlər görüşəcək”, - Mixail Podolyak bildirib. 

Podolyak deyib ki, yaxın bir-iki həftə ərzində Donbassda "şiddətli döyüş" gözlənilir. O hesab edir ki, Rusiyaya ən azı situativ qələbə lazımdır və o, bu qələbəni qazanmağa çalışacaq. 

"Əlbəttə Rusiya bu qələbəni qazanmayacaq. Amma bu ölkə bizə hər hansı məğlubiyyəti yaşatmaq istəyir. Biz bundan sonra həqiqətən addımba addım aparılan danışıqlar prosesinə keçə bilərik. Bu danışıqlardan biz Ukraynanın  təhlükəsizliyini təmin edəcək konkret düstur əldə edəcəyik", -  Pololyak deyib. 

Kiyev və Qərb dövlətləri Rusiya qüvvələrinin Ukraynanın şimalından çıxarılmasını geri çəkilmə deyil, yenidən hücuma hazırlıq kimi dəyərləndirir.  Buna görə də onlar Rusiyanın Donbasda genişmiqyaslı hücumunu gözləyirlər.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, "Donbass uğrunda döyüşdə” Ukrayna "minlərlə” zirehli texnikanın, eləcə də artilleriya və aviasiyadan istifadə ediləcəyini gözləyir.

"Donbass uğrunda döyüş İkinci Dünya Müharibəsinə bənzəyəcək”,  - deyən Ukrayna xarici işlər naziri NATO-dan daha çox silah istəyib, hərbi blok isə kömək edəcəyinə söz verib. 

Rusiya və Ukrayna prezidentlərinin görüşü bir həftədən çoxdur müzakirə olunur. Zelenski deyib ki, Ukraynanın Vladimir Putinlə danışıqlar masasına oturmaqdan başqa yolu yoxdur, çünki müharibəni yalnız Putin dayandıra bilər. 

Aprelin 4-də Zelenski bildirib ki, Rusiya iki dövlət başçılarının görüşünün planlaşdırılmasını  qəsdən gecikdirir. "Rusiya Federasiyası görüş prosesini nə qədər uzadacaqsa, bu, onlar üçün və prinsipcə bu müharibə üçün bir o qədər pis olacaq", - Zelenski bildirib.

Rusiya rəsmiləri təkid edirlər ki, Putin Zelenski ilə sülh sazişinin şərtlərini müzakirə etmək üçün deyil, yalnız əldə olunmuş razılaşmaları təsdiqləmək üçün görüşə bilər.

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol