• $
  • £

Ukrayna müharibəsidən sonra NATO dəyişəcək - Stoltenberq

Ukrayna müharibəsidən sonra NATO  dəyişəcək - Stoltenberq
10.04.2022 09:45
NATO Ukrayna müharibəsindən  sonra şərqdəki sərhədlərini daha da möhkəmləndirməyə hazırlaşır. Bunu NATO-nun baş katibi Stoltenberq bildirib.

"Hazırda gördüyümüz  yeni reallıq, Avropa təhlükəsizliyi üçün yeni normadır. Buna görə də biz indi hərbi komandirlərimizdən NATO-nun situasiyaya daha uzunmddətli adaptasiyası variantlarını təqdim etmələrini xahiş etmişik", - NATO-nun baş katibi Britaniyanın "The Telegraph” qəzetinə müsahibəsində deyib.

Stoltenberq iki səbəbə görə NATO-nun tarixin ən uğurlu ittifaqı olduğunu bildirib. 

"Birincisi, biz Avropa və Şimali Amerikanı birləşdirə bildik. İkincisi, dünya dəyişəndə ​​biz dəyişə bildik. İndi dünya dəyişir, NATO da dəyişir",  -  o deyib.

Rusiyanın Ukraynaya təcavüzündən əvvəl NATO-nun şərq sərhədlərində alyansın özünü istənilən hücumdan müdafiə etmək niyyətini nümayiş etdirmək niyyətində olmasına dəlalət edən kiçik qüvvələr yerləşdirilmişdi. 

Stoltenberqin sözlərinə görə, indi vəziyyət dəyişəcək. NATO hərbi liderlərinin hazırladığı planlara görə, artıq alyansın şərq sərhədlərində işğala müqavimət göstərə biləcək güclü qüvvələr yerləşdiriləcək.

Stoltenberq deyib ki, Rusiya və Çinin getdikcə daha çox birgə işləməsindən narahatdır. 2010-cu ildə qəbul edilən NATO-nun hazırkı strategiyasında Çindən ümumiyyətlə bəhs edilmir. Bu da dəyişəcək. "Biz artan Çin təhlükəsinə diqqət yetirməliyik", -  NATO-nun baş katibi vurğulayıb. 

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol