Fransada Makron liderliyini qoruyur - YENİLƏNİB
Fransanın hazırkı prezidenti Emmanuel Makron səslərin 90 faizinin hesablanmasından sonra prezident seçkilərinin birinci turunda 27,40 faiz səslə liderdir. Bu barədə Fransa Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen isə 25,05 faiz səs toplayıb.
Eyni zamanda, ölkənin paytaxt bölgəsində bülletenlərin 45 faizini emal etdikdən sonra Makron 30,41 faiz səslə öndədir.
Fransanın Daxili İşlər Nazirliyi prezident seçkilərində səslərin 80 faizini hesablayıb.
Ölkənin hazırki Emmanuel Makron səslərin 27,31 faizini toplayıb. Ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen isə seçici səslərinin 25,70 fazini əldə edə bilib.
Bununla yanaşı, Jan-Lük Melanşon seçicilərin 19%-nin səsini toplaya bilib.
Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Artıq prezident seçkilərində səslərin 40 faizi hesablanıb.
Belə ki, seçicilərin 28,2 faizi ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Penə səs verib.
"İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron isə 26,15 faiz səs toplayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox