Hindistanın baş naziri Rusiya-Ukrayna müharibəsindən danışdı
Hindistanın baş naziri Narendra Modi Putin və Zelenskini birbaşa danışıqlara çağırıb. O, bu barədə ABŞ prezidenti Co Baydenlə söhbəti zamanı bildirib
"Buchada günahsız mülki şəxslərin öldürülməsi ilə bağlı son xəbərlər böyük narahatlıq yaradıb. Biz bunu dərhal pislədik, həm də qərəzsiz araşdırma tələb etdik. Ümid edirik ki, Rusiya və Ukrayna arasında danışıqlar yolu ilə sülhə gedən yol tapılacaq”,o qeyd edib.
Martın sonunda Bayden bildirmişdi ki, Hindistanın baş naziri Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı qeyri-sabit mövqe tutur. İndiyədək Hindistan BMT-də Rusiyanın hərəkətlərini pisləməkdən imtina edib və hələ də sanksiyalar tətbiq etməyib.
Fevralın 24-dən etibarən Rusiya Ukraynada hərbi əməliyyatlar keçirir. Bir çox Avropa ölkələri o cümlədən Amerika Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox