• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Almaniyada həm Rusiya, həm də Ukrayna tərəfdarları yürüş keçirib

Almaniyada həm Rusiya, həm də Ukrayna tərəfdarları yürüş keçirib
11.04.2022 23:47
Almaniyanın bir sıra şəhərlərində ruslara qarşı ayrı-seçkiliyə etiraz edərək küçələrə çıxan Moskva tərəfdarları Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz edən nümayişçilərlə üz-üzə gəlib.

Qarşıdirma zamanı azı iki nəfər həbs edilib.

Almaniyanın Bild qəzetinin verdiyi məlumata görə, ölkənin şimalında yerləşən Hannover şəhərindəki motosiklet yürüşündə təxminən 650 Rusiya tərəfdarı nümayişçi iştirak edib.

Ölkənin maliyyə paytaxtı olan Frankfurt şəhərinin polisi yüzlərlə insanın Rusiya tərəfdarlarının aksiyasına qatıldığını bildirib.

Frankfurt bələdiyyəsi motosiklet yürüşünə dair müraciəti rədd edib.
Etirazçılar rusdilli vətəndaşlara qarşı "nifrət nitqi” və "ayrı-seçkiliyə” son qoymağa çağırıb.
Almaniya polisi Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də Ukraynaya qarşı hərbi müdaxiləyə başlamasından sonra Rusiyaya qarşı 383 və Ukrayna əleyhinə 181 qanun pozuntusunu qeydə alıb.

Almaniyada 1,2 milyon Rusiya, 25 min Ukrayna əsilli insan yaşayır.

Hannoverdə etirazçılar avtomobillərini Rusiya və Almaniya bayraqları ilə bəzəyib. Bild qəzetinin bildirdiyinə görə, mitinqin başlaması əks-etirazçılar tərəfindən gecikdirilib.

Rusiya tərəfdarı nümayişçilərə Almaniyanın Ukraynaya qarşı təcavüz və işğalın rəmzi hesab etdiyi V və ya Z simvollarını daşımaq qadağan edilib.(dha)
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Zelenski Roma Papası ilə görüşəcək
Dünya 13:25
Zelenski Roma Papası ilə görüşəcək

Pakistanın Əfqanıstanla sərhədində 6 hərbçi həlak olub
Dünya 10:18
Pakistanın Əfqanıstanla sərhədində 6 hərbçi həlak olub
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Dünya 23:50
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Dünya 23:06
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Paşinyan yeni müşavir təyin edib
Dünya 20:20
Paşinyan yeni müşavir təyin edib
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib
Dünya 18:39
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Dünya 17:35
Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Niderland Ukraynaya 700 milyon avro ayıracaq
Dünya 16:54
Niderland Ukraynaya 700 milyon avro ayıracaq
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb
Dünya 16:34
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol