• $ 1.7
  • € 1.9859
  • ₽ 0.021157
  • ₺ 0.0395
  • £ 2.2822

Moskvada Vüqar Həşimovun xatirəsinə şahmat turniri keçirilib – FOTO

Moskvada Vüqar Həşimovun xatirəsinə şahmat turniri keçirilib – FOTO
28.04.2014 21:40
Rusiya paytaxtında Avropa çempionu, Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Beynəlxalq Açıq Şahmat turniri keçirilib.
Moskva Millətlər Evində baş tutan turniri Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu, eləcə də Yeni Nəfəs Hərəkatı Moskva nümayəndəliyi təşkil edib. 
Yeni Nəfəs Hərəkatı Moskva Nümayəndəliyindən ANN.Az-a verilən məlumata görə, əvvəlcə turnir iştirakçıları və tədbirin qonaqları mərhum Vüqar Həşimovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın Rusiyadakı səfirliyinin diaspor və beynəlxalq hüquq məsələləri üzrə müşaviri Aqşin Əliyev, Bakıdan turnirin açılışına təşrif buyurmuş qonaq, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun prezidenti Şamil Tağıyev, Yeni Nəfəs Hərəkatı Moskva nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili çıxış edərək turnirin keçirilmə əhəmiyyətindən bəhs ediblər.
Yeni Nəfəs Hərəkatı Moskva nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili Azərbaycanı Rusiya Federasiyasında layiqli təmsil etdiyinə və şahmat turnirinin keçirilməsində təşkilatçılığa görə Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunu diplomla təltif edib.
Rəsmi çıxışlardan sonra turnirə start verilib, 40 yaşadək 30 nəfərə yaxın şahmatçı güclərini sınayıblar. Oyunların nəticələrinə görə isə turnirdə birinci yeri Kalmıkiya təmsilçisi Andrey Ubuştevə nəsib olub, ikinci və üçüncü yerləri müvafiq olaraq Baykaldan olan Bato Şoyjinimayev və moskvalı FİDE ustası Konstantin Kostin tutdular. Qaliblər turnirin kubokları və diplomlarla mükafatlandırılıblar.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
İdman 23:33
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol