Zelenski əsgərlərin tərxis olunmasını təxirə saldı
Ukrayna prezidenti Vladimir Zelenski yaz hərbi xidmətə çağırışının ləğvi haqqında fərman imzalayıb. Bu barədə TASS xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, onların ehtiyata köçürülməsi müəyyən edilmiş qaydada tərxis olunma elanından tez olmayacaq.
Ukrayna Prezidentinin aparatının saytında dərc olunan sənəddə "Hərbi qulluqçuların müddətli hərbi xidmətə, hərbi xidmətə buraxılması haqqında” 2021-ci il 29 dekabr tarixli fərmanına dəyişiklikləri nəzərdə tutulub. Vətəndaşların 2022-ci ildə hərbi xidmətə növbəti çağırış tarixi ləğv ediləcək.
Sərəncamda həmçinin əvvəllər hərbi xidmətə çağırılanların tərxis olunması da təxirə salınıb
Fevralın 24- də Ukrayna Ali Radası Ukraynada hərbi vəziyyəti elan edib. Hərbi vəziyyət martın 26-dan müddətini daha 30 gün uzadıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox