• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Marina Ovsyannikova alman mətbuatında işə başladı

Marina Ovsyannikova alman mətbuatında işə başladı
13.04.2022 10:51
Canlı efirdə müharibə əleyhinə aksiya keçirməsi ilə tanınan Marina Ovsyannikova "Die Welt” qəzetində işə götürülüb.

Onun köşə yazacağı, Rusiya və Ukrayna haqqında xəbərlərin hazırlanmasında iştirak edəcəyi gözlənilir.

"Die Welt” jurnalistin artıq ilk köşə yazısını dərc edib. Ovsyannikovanın sözlərinə görə, müharibə əleyhinə mövqeyinə görə sosial şəbəkələrdə təqibə məruz qalır. Bundan əlavə, avtomobilinin təkərlərini deşiblər və fitnes-klub kartı bloklanıb.

Marina Ovsyannikovanın Rusiyanı tərk edib-etməməsi söylənilmir. O, daha əvvəl bildirirdi ki, çox qorxmasına baxmayaraq, ölkədən getmək fikrində deyil.
 
Jurnalist  cari ilin martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə "Müharibəyə yox!” şüarı  yazılmış plakat açıb və "müharibəni dayandırın!” şüarını səsləndirib. Plakatda həmçinin "küçəyə çıxın, burada sizi aldadırlar" sözləri də yazılmışdı. 
 
O, həmçinin Youtube kanalına yerləşdirdiyi videoda Rusiya prezidenti Vladimir Putinin Ukraynaya təcavüzünü pisləyib. 
 
"İndi Ukraynada baş verənlər cinayətdir.  Rusiya təcavüzkar ölkədir. Bu təcavüzə görə məsuliyyət ancaq bir adamın üzərinə düşür. Bu adam da Putindir. 
Atam Ukraynalıdır, anam isə rusdur. Və onlar heç vaxt düşmən olmayıb. Rusiya təcili qardaş ölümünə səbəb olan müharibəni dayandırmalıdır. Bizim qardaş xalqlar hələ barışa bilər. Təəssüf ki, son illər mən birinci kanalda çalışmışam. Kremlin təbliğatı ilə məşğul olmuşam .İndi mən çox utanıram. Utanıram, çünki televiziya ekranından yalan xəbərlərin verilməsinə imkan yaratmışam. Utanıram ki, rusları zombiləşdirməyə imkan vermişəm",  -  Ovsyannikova deyib.


Ovsyannikova Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi (xəbərdarlıq vermədən kütləvi tədbirin təşkili və ya keçirilməsi) ilə təqsirli bilinərək 30 min rubl cərimələnib.
 
Marina Ovsyannikova məhkəmədən sonra  verdiyi açıqlamasında onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.
 
"Dəstəyə görə hər kəsə  təşəkkür edirəm. Həqiqətən həyatımın çox çətin günlərini yaşayıram. İki gün yuxusuz qaldım. Dindirmə 14 saatdan çox davam etdi, ailəm və dostlarımla əlaqə saxlamağa icazə verilmədi, mənə heç bir hüquqi yardım göstərilmədi”, - Ovsyannikova bildirib.
 
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Zelenski Roma Papası ilə görüşəcək
Dünya 13:25
Zelenski Roma Papası ilə görüşəcək

Pakistanın Əfqanıstanla sərhədində 6 hərbçi həlak olub
Dünya 10:18
Pakistanın Əfqanıstanla sərhədində 6 hərbçi həlak olub
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Dünya 23:50
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Dünya 23:06
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Paşinyan yeni müşavir təyin edib
Dünya 20:20
Paşinyan yeni müşavir təyin edib
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib
Dünya 18:39
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Dünya 17:35
Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Niderland Ukraynaya 700 milyon avro ayıracaq
Dünya 16:54
Niderland Ukraynaya 700 milyon avro ayıracaq
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb
Dünya 16:34
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol