• $ 1.7
  • € 1.9859
  • ₽ 0.021157
  • ₺ 0.0395
  • £ 2.2822

Yuşşenko: “Ukrayna Rusiya ilə diplomatik əlaqələri dayandırmalıdır”

Yuşşenko: “Ukrayna Rusiya ilə diplomatik əlaqələri dayandırmalıdır”
28.04.2014 18:14

“Belə bir böyük problem zamanı dünyanın verdiyi qarantiyalar işləmirsə, o zaman nəyə ümid bağlaya bilərik?..”

“Bizim ərazi bütövlüyümüzün ən yüksək beynəlxalq zəmanəti bizim birliyimizdir. Bu, Rusiyanın özünün, o cümlədən ABŞ, Fransa, Böyük Britaniyanın və Çinin də zəmanətidir”. APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko deyib. O bildirib ki, əgər bu amil işləmirsə, o zaman beynəlxalq zəmanətin nədən ibarət olduğunu demək çətindir: “Budapeşt Memorandumunun da tələb etdiyi kimi, biz Avropa və ABŞ-ın birgə mövqeyini görmək istəyirik. Bu, təməl məsələdir”.

 

V. Yuşşenkonun fikrincə, konkret olaraq Rusiya prezidenti Vladimir Putinə və Moskvaya təsir edə biləcək vacib addımlardan biri onlara qarşı iqtisadi və valyuta məhdudiyyətlərinin tətbiq edilməsi olar: “Bu gün Putin iki amildən ehtiyatlanır: öz xalqının reaksiyası və dünyanın reaksiyasından. Dünyanın reaksiyası vahid və aydın olmalıdır. Bu gün belə bir aydınlıq yoxdur. Ona görə də belə bir fonda münaqişənin başqa bir həlli üsulundan danışmaq çətindir. Təsəvvür edin, belə bir böyük problem zamanı dünyanın verdiyi qarantiyalar işləmirsə, o zaman nəyə ümid bağlaya bilərik, nə işləyə bilər? O zaman İran, Şimali Koreya, Suriya və sair problemlər necə həll olunacaq? İmzalanmış sənəd heç bir məna kəsb eləmirsə, o zaman hansı beynəlxalq zəmanətdən söhbət gedə bilər?”

 

Ukraynanın keçmiş dövlət başçısı hesab edir ki, problemin həlli yolu daha çox beynəlxalq kontekstdən asılıdır: “Ancaq Ukrayna üçün daxili imkanlar da var. Hansı ki, onlar bu problemin həllinə mobilizasiya edilməlidir”.

 

V. Yuşşenkonun sözlərinə görə, bu gün Ukrayna hələ də təcavüzkar, ölkə ərazisinin bir hissəsini işğal etmiş Rusiya kimi aqressiv dövlətlə diplomatik əlaqələri davam etdirir, bunu izah eləmək çətindir: “Bu, həm çoxsaylı ukraynalılar üçün, həm də dünya üçün anlaşılmazdır. Mən başa düşə bilmirəm ki, niyə bizim Rusiya ilə sərhədimiz açıqdır. Bu sərhədlərdən separatçılar, terrorçular, əməliyyatçılar keçir. Mən başa düşə bilmirəm niyə viza rejimi yoxdur? Ukrayna tərəfi təcili Rusiyaya viza rejimi tətbiq etməlidir. Niyə Ukrayna hərbi kömək üçün dünyaya müraciət eləmir, bu da qaranlıqdır. Ukrayna dünyaya aydın siqnallar ötürmür”.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Venesuelada 7 günlük matəm elan olunub
Dünya 10:01
Venesuelada 7 günlük matəm elan olunub
Medvedev ABŞ-a cavab verib
Dünya 08:53
Medvedev ABŞ-a cavab verib
Ukrayna və Avropa ölkələri sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında bəyannamə imzalayıb
Dünya 23:07
Ukrayna və Avropa ölkələri sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında bəyannamə imzalayıb
"Nestle" zəhərlənmə təhlükəsi ilə əlaqədar 25 ölkədən uşaq qidalarını geri çağırıb
Dünya 22:10
"Nestle" zəhərlənmə təhlükəsi ilə əlaqədar 25 ölkədən uşaq qidalarını geri çağırıb
İsrail ordusu Livana zərbə endirib
Dünya 19:34
İsrail ordusu Livana zərbə endirib
Parisdə “İstəklilər Koalisiyası”nın görüşü başlayıb
Dünya 19:04
Parisdə “İstəklilər Koalisiyası”nın görüşü başlayıb
Hakan Fidan Parisdə suriyalı həmkarı ilə görüşüb
Dünya 18:33
Hakan Fidan Parisdə suriyalı həmkarı ilə görüşüb
Son bir ayda dünya üzrə COVID19-dan ölüm sayı azalıb - ÜST
Dünya 18:08
Son bir ayda dünya üzrə COVID19-dan ölüm sayı azalıb - ÜST
İsraildə "quş qripi" aşkarlanıb
Dünya 13:54
İsraildə "quş qripi" aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol