Medvedçukun bu əmlakları müsadirə olunub
Rusiya Prezidenti Vladimir Putinin ən yaxın müttəfiqi, oliqarx və müxalif siyasətçi Viktor Medvedçuk və onun həyat yoldaşı Oksana Marçenkonun daha 154 daşınar və daşınmaz əmlakına həbs qoyulub. Bu barədə Ukrayna mediasında məlumat verilib.
Müsahidə olunan əmlakların sırasında 26 avtomobil, 30 torpaq sahəsi, 23 ev, 32 mənzil, 17 parkinq yeri və bir motorlu yaxta var.
Həmçinin, benefisiar sahibi Medvedçuk və onun həyat yoldaşı 25 şirkətin nizamnamə kapitalındakı payları da həbs edilib.
Bundan əvvəl məhkəmə artıq Medvedçukun yaxtasına və digər daşınmaz əmlakına həbs qoyub.
www.anews.az

Medvedçuk iki cinayət işi üzrə dövlətə xəyanətdə şübhəli bilinir. 2021-ci il mayın 12-də deputata işğal olunmuş Krımda milli sərvətlərin talanması, dövlətin ifşası ilə bağlı vətənə xəyanət və müharibə qanunlarını və adət-ənənələrini pozma (111 və 438-ci maddələri) şübhəsi verilib.
Həmin ilin oktyabrında Medvedçuk "kömür işi” adlanan işdə (111-ci maddə və 258-3-cü maddəsinin 1-ci hissəsi) dövlətə xəyanət və terrorda şübhəli elan edilib. Dövlət İstintaq Bürosu bir qrup Ukrayna vətəndaşının müvəqqəti işğal olunmuş ərazilərdən kömür tədarükü və "LNV” və "DXR” terror təşkilatlarına yardım göstərilməsi ilə bağlı cinayəti araşdırılır.
2022-ci il fevralın 27-də Medvedçukun ev dustaqlığından qaçdığı məlum olub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox