Bəşər Əsəd prezidentliyə namizəd oldu
Bu barədə parlamentin spikeri məlumat verib
Suriya prezidenti Bəşər Əsəd prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəlui sürüb. ANS PRESS-in məlumatına görə, bu barədə SANA agentliyi məlumat yayıb.
Xəbəri verən isə ölkə parlamentinin spikeri Məhəmməd Əl-Lyaxxama olub.
Qeyd edək ki, Suriyada prezident seçkisi iyun ayının 3-nə təyin edilib.
Xatırladaq ki, Suriyada bir necə ildir vətəndaş müharibəsi hökm sürür. Əsəd tərəfdarları ilə müxalif qüvvələr arasında baş verən toqquşmalarda bu günə kimi minlərlə insan ölüb.
ANN.Az