• $ 1.7
  • € 1.9859
  • ₽ 0.021157
  • ₺ 0.0395
  • £ 2.2822

Heydər Əliyev: "Bu, məndə alındı"

Heydər Əliyev: "Bu, məndə alındı"
28.04.2014 13:19
ADA Universitetində təhsil alan Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev dərsləri barədə jurnalistlərə müsahibə verib. "SalamNews" xəbər verir ki, o, hər səhər saat 7:30-da yuxudan durmağın bir qədər çətin olduğunu deyib: "Təzə-təzə universitetə daxil olanda çox maraqlı olmuşdu. Çünki məktəblə fərqi çox böyükdür. Xeyli vaxtdır burada oxuyuram. Dərslər maraqlıdır. Məktəbdən daha çox maraqlıdır, oxumaq istəyirəm. Mən imtahan verib, bura daxil olanda ingilis dilini bilirdim. Dedim ki, burada oxuyub biliyimi daha da möhkəmlətmək istəyirəm. Bu, məndə deyəsən alındı və indi ingilis dilini daha yüksək səviyyədə bilirəm."Gələcəkdə daha maraqlı dərslərin olacağını deyən H.Əliyev bir neçə xarici ölkələrdə olduğunu söyləyib: "Burada təhsil sistemi xaricdəki təhsilə bənzəyir və heç bir fərqi yoxdur. Orta məktəbdə bir qədər fərqli idi. Amma burada elə bil xaricdə oxuyuram. Praktik olaraq fərq yoxdur. Burada heç kim özünü ağır hiss etmir. Dərsə gələndə kiminsə özünü pis hiss etdiyini görməmişəm. Hər kəs normal gəlir dərsə. Boş vaxtlarım olanda, dərslərdən sonra burada qalıram. Dostlarımla gəzirəm, yemək yeyirəm, sonra da evə gedirəm. Dincəlirəm, dərslərə hazırlaşıram."Prezidentin oğlu qiymətləri ilə bağlı verilən suala səmimi cavab verib: "Qiymətlərim yaxşıdır. Razıyam, amma əla deyil. Gələcəkdə yüksəldəcəm. Atam dərslərimlə hər gün maraqlanır. Hər gecə məndən soruşur, dərslərin necə keçib, dostlarınla necə gəzmisən? Hara getmisən? Dərslərin ağırdır? Çətindir? O da mənə çox yaxşı təsir edir. Çünki məni fikirləşir."ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxı Dövlət Regional Kollecinə yeni direktor müavini təyin edilib
Cəmiyyət 10:58
Şamaxı Dövlət Regional Kollecinə yeni direktor müavini təyin edilib
Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərlənib
Cəmiyyət 10:53
Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərlənib
Azərbaycanda mövsümi respirator infeksiyalar yayılır, pnevmoniya riski var
Cəmiyyət 10:33
Azərbaycanda mövsümi respirator infeksiyalar yayılır, pnevmoniya riski var
Azərbaycanda yanvarın 6-da 74 cinayət açılıb
Cəmiyyət 10:11
Azərbaycanda yanvarın 6-da 74 cinayət açılıb
Qarabağda 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb
Cəmiyyət 09:52
Qarabağda 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb
Bəzi ərazilərdə dumanlı hava müşahidə olunur
Cəmiyyət 09:30
Bəzi ərazilərdə dumanlı hava müşahidə olunur
Ötən il 46 nəfər zəhərlənmədən ölüb
Cəmiyyət 09:19
Ötən il 46 nəfər zəhərlənmədən ölüb
Alyona Əliyeva Milad bayramı münasibətilə paylaşım edib
Cəmiyyət 09:09
Alyona Əliyeva Milad bayramı münasibətilə paylaşım edib
BMT Azərbaycanda müvəqqəti rezident-əlaqələndirici təyin edib
Cəmiyyət 08:42
BMT Azərbaycanda müvəqqəti rezident-əlaqələndirici təyin edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol