• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Mariupolda 5 minə qədər uşaq yoxa çıxıb - Zelenski

Mariupolda 5 minə qədər uşaq yoxa çıxıb - Zelenski
21.04.2022 13:24
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, rusların bu gün ələ keçirdiyi Mariupolun mühasirəsini yarmaq mümkün deyil. Onun sözlərinə görə, rus qoşunları şəhəri və insanları atəşə tutmaqda davam edir, Mariupoldan praktiki olaraq heç nə qalmayıb.

Bu barədə dövlət başçısı Fransanın BFM telekanalına müsahibəsində danışıb.

"Biz əlimizdən gələni edirik. Şəhərdə yerli sakinlər - qocalar, uşaqlar, hərbçilər blokadaya alınıb. Bu, daha çox müharibəyə deyil, Rusiyanın terror əməliyyatına bənzəyir", - prezident bildirib.

Zelenski deyib ki, Mariupolda bütün binaların 95-98%-i dağılıb - məktəblər, uşaq bağçaları, yaşayış massivləri, fabriklər, bəndlər... Rus işğalçıları şəhəri təyyarələrdən, artilleriyadan, raketlərdən bombalayıblar.

"Şəhərin hər tərəfini atəşə tuturlar və buna görə də insanlar gizləndikləri yerdən çıxmağa qorxurlar”.

Prezidentin sözlərinə görə, yerli sakinlərin bir qismi Zaporojye vilayətinə təxliyə edilib, bir qismi isə rus qoşunları tərəfindən işğal olunmuş ərazilərə aparılıb.

"İnsanlar sadəcə olaraq yoxa çıxıblar, onlar müxtəlif şəhərlərdə, Rusiya ərazisindəki xüsusi düşərgələrdədirlər. Bu günə kimi Mariupoldan 5 minə qədər uşaq itkin düşüb. Bu, dəhşətli faciədir", - Zelenski bildirib.
 
Dövlət başçısı əlavə edib ki, hələlik Ukrayna ordusu şəhəri mühasirədən çıxarmaq üçün onun 120 km-liyinə çata bilmir. Buna rusiya hərbi texnikaları mane olur.
 
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün səhər prezident Putinə məruzə edib ki, Mariupol tam olaraq ələ keçirilib, şəhərdə 2 minə yaxın ukraynalı əsgər mühasirədə saxlanılır.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Zelenski Roma Papası ilə görüşəcək
Dünya 13:25
Zelenski Roma Papası ilə görüşəcək

Pakistanın Əfqanıstanla sərhədində 6 hərbçi həlak olub
Dünya 10:18
Pakistanın Əfqanıstanla sərhədində 6 hərbçi həlak olub
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Dünya 23:50
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Dünya 23:06
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Paşinyan yeni müşavir təyin edib
Dünya 20:20
Paşinyan yeni müşavir təyin edib
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib
Dünya 18:39
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Dünya 17:35
Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Niderland Ukraynaya 700 milyon avro ayıracaq
Dünya 16:54
Niderland Ukraynaya 700 milyon avro ayıracaq
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb
Dünya 16:34
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol