• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

"Rusiya ordusu şəhərləri tamamilə məhv edir”- Zelenski

21.04.2022 17:10
Ukrayna Prezidenti Donbasda hələlik tammiqyaslı döyüşlərin başladığına əmin olmadığını bildirib. Bu barədə UNİAN məlumat yayıb.
 
Dövlət başçısı bildirib ki, Ukrayna tərəfi Rusiya ordusunun necə fəaliyyət göstərdiyini bilir.
 
"Onlar arxalarınca şəhər saxlamırlar. Onlar kiçik şəhərləri işğal etmirlər, onlar sadəcə olaraq oranı tamamilə məhv edirlər. Orada heç nə saxlamırlar”, - deyə Zelenski qeyd edib.
 
Prezident Rusiya ordusu tərəfindən dağıdılan Volnovaxa şəhərini misal çəkib.
 
"Onlar bütün binaları dağıdıblar. Sadəcə hər şey məhv edilib. Bu günə olan məlumata görə, orada bir nəfər də olsun insan yoxdur. Ola bilsin ki, dağıntılar altında başqa kimlərsə qalsın, amma bizdə olan məlumatlara görə, orada heç bir sakin yoxdur. Volnovaxa şəhəri var idi, indi isə o yoxdur. Onlar belə fəaliyyət göstərirlər”-, bildirib.
 
Zelenski bildirib ki, ona Rubejnoe şəhəri və bir neçə başqa yaşayış məntəqəsi uğrunda gedən böyük döyüşlər barədə məlumat verilib.
O əlavə edib ki, hazırda Ukrayna tərəfi Rusiyanın kimyəvi silahdan istifadə edib-etmədiyini yoxlayır. 
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Zelenski Roma Papası ilə görüşəcək
Dünya 13:25
Zelenski Roma Papası ilə görüşəcək

Pakistanın Əfqanıstanla sərhədində 6 hərbçi həlak olub
Dünya 10:18
Pakistanın Əfqanıstanla sərhədində 6 hərbçi həlak olub
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Dünya 23:50
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Dünya 23:06
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Paşinyan yeni müşavir təyin edib
Dünya 20:20
Paşinyan yeni müşavir təyin edib
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib
Dünya 18:39
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Dünya 17:35
Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Niderland Ukraynaya 700 milyon avro ayıracaq
Dünya 16:54
Niderland Ukraynaya 700 milyon avro ayıracaq
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb
Dünya 16:34
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol