İşğaldan sağ çıxan qadın Mariupolda həlak olub
Nasist İşğalından sağ çıxan 91 yaşlı Vanda Obyedkovanınqadın Mariupolda ölüb. Bu barədə Auşvits-Birkenau dövlət muzeyi öz "tvitter" səhifəsində paylaşıb.
www.anews.az
Vanda Semyonovna Obyedkova İkinci Dünya müharibəsi zamanı Mariupolun iki ilə qədər sürən alman işğalından sağ qurtula bilmişdi. Amma o, 80 il sonra həmin şəhərdə zirzəmidə rus işğalından gizlənərkən keçinib.
Qızı Larisanın sözlərinə görə, yaşadığı binanın zirzəmisində gizlənən Vera Obyedkova soyuqdan, yemək və su çatışmazlığından əziyyət çəkirmiş. O, aprelin 4-də vəfat etsə də, hadisə indi ictimailəşib. "Nə su, nə elektrik, nə istilik vardı, dözülməz dərəcədə soyuq idi. Biz heyvan kimi yaşayırdıq”, - Larisa söyləyib.
Ukrayna prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində Mariupolda 20 minə qədər dinc sakinin həlak olduğunu bildirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox