Pentaqon Ukraynaya göndərəcəyi silahların adlarını açıqlayıb - SİYAHI
ABŞ Prezidenti Co Bayden Ukraynaya göndəriləcək yeni hərbi yardım paketi barədə danışdıqdan sonra Pentaqon bu paketə daxil olan silahların adlarını açıqlayıb. Politico-nun müxbiri Lara Zeliqmanın dediyinə görə, bu paketə aşağıdakı silahlar daxildir:
- 155 mm kalibrlı 72 haubitsa (keçən həftə 18 belə silah göndərilmişdir) və onlar üçün 144.000 mərmi.
- haubitsa üçün 72 dartıcı vasitə.
- 121 ədəddən çox Phoenix Ghost dronları.
- Səhra avadanlıqları və ehtiyat hissələri.
Pentaqonun sözçüsü Con Kirbi Phoenix Ghost dronları haqqında daha ətraflı məlumat verərək bildirib ki, onlar ABŞ Hərbi Hava Qüvvələri tərəfindən Kiyevin ehtiyacları üçün xüsusi olaraq təcili modifikasiya edilib və bir çox cəhətdən Ukraynaya əvvəllər təqdim edilmiş Switchblade dronlarına bənzəyir. Bunları xalq içindı dron kamikdze də adlandırırlar. Onlar onlarla kilometr məsafəni qət edir, daha sonra hədəfə yaxınlaşır, onu tuş alır və onlarla birlikdə özləri də məhv olurlar.
Pentaqondan bu dəfə adı açıqlanmayan mənbələr jurnalistlərə bildiriblər ki, yeni paketdən avadanlıqla təchiz olunmuş ilk təyyarələr "24-48 saat ərzində" Ukraynaya qonşu ölkələrə uçacaq və "həftənin sonuna" yüklər Ukrayna hərbçilərinə çatdırılacaqdır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox