Rusiya -Ukrayna müharibəsinin 57-ci günü
Rusiya-Ukrayna müharibəsindən 57 gün ötür.
Günün əsas hadisələri:
- Şoyqu Mariupolun azad edildiyini elan etdi, lakin Ukrayna qüvvələri Azovstalda qalır.
-Putin "Azovstal”a hücumu yersiz hesab edərək ləğv etmək qərarına gəlib, lakin sənaye zonası bloklanmalıdır.
- Azovstalda qalanlar elan edilmiş humanitar dəhlizlərdən istifadə etməyiblər, lakin Putinin dediyi kimi, bunu edə bilərlər.
-Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfinin Nikolayev vilayətində yerli əhalini soymaq və Rusiya silahlı qüvvələrini gözdən salmaq üçün Z işarəli avtomobillərdən istifadə edərək təxribat törətdiyini açıqlayıb.
-LPR qüvvələri Kremennayanı ələ keçirərək Xarkov vilayətinin sərhədinə də çatıb
-ABŞ prezidenti Kiyevə hərbi yardım paketini təsdiqləyib.
-Ukrayna parlamenti aprelin 25-də başa çatacaq hərbi vəziyyətin müddətini 30 gün uzadıb.
-Rusiya artıq Ukraynaya 14 min ton humanitar yardım göndərib.
-Fevralın 24-dən etibarən Ukrayna, Donetsk və Luqansk Xalq Respublikalarının 900 mindən çox sakini Rusiyaya təxliyə edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox