• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Sülh müqaviləsinin mətni tezliklə hazırlana bilər, imzalana bilər - Prezident

Sülh müqaviləsinin mətni tezliklə hazırlana bilər, imzalana bilər - Prezident
22.04.2022 15:20
Sülh müqaviləsinin mətni tezliklə hazırlana bilər, imzalana bilər,bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
 
 
"Digər beynəlxalq təşkilatlar - məsələn, sədrlik etdiyimiz Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləmişlər və postmünaqişə reallıqlarını qəbul etmişlər. İndi qonşu ölkələr 3+3 formatda beş ölkə hazırda əməkdaşlıq formatı yaradıbdır. Qonşu ölkələrin hamısı postmünaqişə reallıqlarını qəbul etmişlər. Böyük dövlətlər – Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Amerika Prezidenti, Böyük Britaniyanın Baş naziri mənə göndərdikləri məktublarda bu, açıq-aydın göstərilir. Yəni, biz artıq bu mərhələni keçdik və bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Yenə də bu gündəliyi biz ortaya qoyduq. Bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq, edilmiş bu vəhşiliklərə baxmayaraq, bölgənin gələcəyi naminə biz hesab edirik ki, buna ehtiyac var və biz sülh gündəliyi təqdim etdik və Ermənistandan hər hansı bir cavab gəlmədi. Beynəlxalq təşkilatlar da demək olar ki, buna o qədər də maraq göstərmədilər. Ona görə biz konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdük və Ermənistan bu beş prinsipi qəbul etdi. Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Hesab edirəm ki, bu, postmünaqişə dövrü üçün vacib məqamdır və biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik.


Hazırda iki ölkənin xarici işlər nazirləri, nazirlikləri işçi qrupları formalaşdırır və hesab edirəm ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil. Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq", - dövlət başçısı əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev Qarabağdakı minatəmizləmə prosesindən danışıb
Siyasət 16:15
Əliyev Qarabağdakı minatəmizləmə prosesindən danışıb
Əliyev Robert Fitso ilə təkbətək görüşüb
Siyasət 16:03
Əliyev Robert Fitso ilə təkbətək görüşüb
Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb
Siyasət 15:22
Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb
Azərbaycan Aİ–Ermənistan sənədinə etiraz edib
Siyasət 14:55
Azərbaycan Aİ–Ermənistan sənədinə etiraz edib
Baş nazir investisiya yönümlü proqramlardan danışıb
Siyasət 12:06
Baş nazir investisiya yönümlü proqramlardan danışıb
Azərbaycanın iqtisadi artımı 2025-ci ilin 11 ayında 1,6% olub - Baş nazir
Siyasət 11:47
Azərbaycanın iqtisadi artımı 2025-ci ilin 11 ayında 1,6% olub - Baş nazir
Parlament 2026-ci ilin büdcəsini qəbul edib
Siyasət 11:20
Parlament 2026-ci ilin büdcəsini qəbul edib
Müdafiə xərclərinə əlavə 47 milyon manat ayrılır
Siyasət 11:08
Müdafiə xərclərinə əlavə 47 milyon manat ayrılır
3 yaşlı uşaq hovuzda boğulub
Siyasət 09:31
3 yaşlı uşaq hovuzda boğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol