• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Azərbaycan bankları kredit portfelini artırıb

Azərbaycan bankları  kredit portfelini artırıb
22.04.2022 19:29
31 mart 2022-ci il tarixinə Azərbaycan banklarının kredit portfeli 17 milyard 528,2 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 5,2% artım deməkdir. Bu barədə Azərbaycan Mərkəzi Bankı  məlumat verib. 

2022-ci ilin yanvar-martında banklar biznes kreditləri portfelini 4,5% artıraraq  10 milyard 182,3 milyon manata  çatdırıb. Bu da  bütün kredit portfelinin 58,1%-i təşkil edir. 

Hesabat dövründə bankların istehlak kreditləri portfeli 6,9% artaraq 4 milyard 831,3 milyon manata çatıb. Bu da kredit portfelinin 27,6% qədərdir.  

Hesabat dövründə Azərbaycanda banklar ipoteka kreditləri portfelini 4,7% artırıb və  2 milyard 514,6 milyon manata çatdırıblar.  Bu bankların bütün kredit portfelinin 14,3%-i təşkil edir. 

Azərbaycanda 31 mart 2022-ci il tarixinə 26 bank fəaliyyət göstərir. 

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKZF) agent bankları 2022-ci ilin yanvar-mart aylarında 107,9 milyon manat məbləğində ipoteka krediti veriblər ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 10,7% çoxdur. 

Mərkəzi Bankdan onu da bildirdilər ki, AİKZF agent bankları 2022-ci ilin birinci rübündə 74,2 milyon manat məbləğində kreditləri yenidən maliyyələşdirib ki, bu da 2021-ci ilin yanvar-martından 27,3% çoxdur. 

2022-ci ilin yanvar-martında İpoteka kreditlərinin maliyyələşdirilməsi üçün Fonda Azərbaycanın dövlət büdcəsindən 23,8 milyon manat və ya əvvəlki ilin uyğun dövründən 33,7% çox  vəsait daxil olub.

AIKZF yanvar-martda istiqrazların yerləşdirilməsindən 40 milyon manat, yalnız martda isə 20 milyon manat pul cəlb edib.

AMB-nin məlumatına görə, 2022-ci ilin martında verilən ipoteka kreditinin orta məbləği 56 min manata yaxın olub. Eyni zamanda, kreditlər 282 ay müddətinə, ildə orta hesabla 6,31% yaxın faizlə verilib.

2021-ci ildə AICZF agent bankları tərəfindən 356,2 milyon manat məbləğində ipoteka krediti verilib.

Azərbaycan prezidenti İlham Əliyev 2017-ci il dekabrın 26-da "Azərbaycan İpoteka Fondu” ASC-nin ləğvi və Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKGF) yaradılması haqqında fərman imzalayıb.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilə qədər müddətə verilir, kreditin maksimal məbləği 150.000 AZN-dən çox olmamalıdır. Kredit illik 8%-dən çox olmayan faizlə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Yalnız sosial ipoteka dövlət büdcəsindən maliyyələşdirilir. Onun maksimal ölçüsü 100.000 AZN, faiz dərəcəsi illik 4%-dən çox deyil. Sosial kreditlər  30 ilə verilir.  İlkin ödəniş 10% təşkil edir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol