• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Vahid Ələkbərov istefa səbəbini AÇIQLADI

Vahid Ələkbərov istefa səbəbini AÇIQLADI
22.04.2022 21:36
Rusiyanın "Lukoyl” şirkətinin prezidenti və Direktorlar Şurasının üzvü vəzifəsindən ayrılan Vahid Ələkbərov istefasının səbəbini açıqlayıb.
 
Azərbaycan əsilli iş adamı bu barədə "Rossiya-24” telekanalına müsahibəsində danışıb.
 
"Britaniya və Avstraliyanın mənə qarşı sanksiyaları şirkətin inkişafına mane olur. Sanksiyalar şirkətə deyil, şəxsən mənə aiddir. Ona görə də şirkətin fəaliyyətindən uzaqlaşmaq qərarına gəldim", - deyə V.Ələkbərov bildirib.
 
O deyib ki, Rusiyanı tərk etməyi planlaşdırmır və sosial layihələrlə məşğul olmağa davam edəcək. 
 
Qeyd edək ki, ötən gün Azərbaycan əsilli rusiyalı iş adamı, milyarder Vahid Ələkbərov "Lukoyl” şirkətinin Direktorlar Şurasından və şirkətin rəhbəri vəzifəsindən ayrılıb. Onun yerinə 20 ildən artıq "Lukoyl"da çalışan birinci icraçı vitse-prezident Vadim Vorobyov təyin edilib.
 
Vahid Ələkbərov şirkətdə 29 il işləyib. O, 1993-cü ildə "Lukoyl”un prezidenti və İdarə Heyətinin sədri seçilib.
 
Ukraynadakı müharibə səbəbindən Rusiya milyarderləri arasında ən çox itki verən iş adamı Vahid Ələkbərov olub. O, bu il 14 milyard dollar, yəni sərvətinin 60 faizini itirib. "Bloomberg”in qiymətləndirməsinə əsasən, hazırda Vahid Ələkbərovun sərvəti 8,8 milyard dollardır. Azərbaycan əsilli iş adamı müharibənin dayandırılması üçün dəfələrlə Rusiya rəhbərliyinə müraciət edib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Zelenski Roma Papası ilə görüşəcək
Dünya 13:25
Zelenski Roma Papası ilə görüşəcək

Pakistanın Əfqanıstanla sərhədində 6 hərbçi həlak olub
Dünya 10:18
Pakistanın Əfqanıstanla sərhədində 6 hərbçi həlak olub
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Dünya 23:50
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Dünya 23:06
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Paşinyan yeni müşavir təyin edib
Dünya 20:20
Paşinyan yeni müşavir təyin edib
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib
Dünya 18:39
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Dünya 17:35
Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Niderland Ukraynaya 700 milyon avro ayıracaq
Dünya 16:54
Niderland Ukraynaya 700 milyon avro ayıracaq
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb
Dünya 16:34
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol