• $ 1.7
  • € 1.944
  • ₽ 0.020968
  • ₺ 0.0419
  • £ 2.2558

Payızda COVİD-19-a qarşı mövsümi peyvəndlənmə ola bilər - NAZİR

Payızda COVİD-19-a qarşı mövsümi peyvəndlənmə ola bilər - NAZİR
28.04.2022 14:48
2022-ci ilin payızında yenidən mövsümi soyuqların düşməsi ilə əlaqədar COVİD-19-a yoluxmaların sayı artarsa  koronavirusa qarşı mövsümi  peyvəndlənmə kampaniyası keçirilə bilər. Bunu Səhiyyə naziri Teymur Musayev Yeni Azərbaycan Partiyasının qərargahında oftamoloq ZƏrifə Əliyevanın yubileyinə həsr olunmuş tədbirdən sonra jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
 
"Payız aylarında COVİD-19-a yoluxmaların sayı artarsa peyvəndləmənin üçüncü mərhələsi keçirilə bilər. Hələlik isə müəyyən vaxt keçdikcə kollektiv immunitet zəifləyir.  Proses belə davam edərsə pandemiyanın sona çatacağından danışmaq ola biləcək",  - nazir deyib. 
 
Teymur Musayev həmçinin qapalı məkanlarda maskadan istifadə ilə bağlı qadağanın mayın 1-dən ləğv olunması qərarının  verilməsinə baxmayaraq vətəndaşlara hələ də maska taxmağı  tövsüyyə edib. 
 
Dərmanların qiymətlərinin baha olmasına münasibət bildirən nazirin sözlərinə görə,  hazırda Nazirlər Kabineti yanında komissiya yaradılıb. Yaxın zamanda dərmanların qiymətlərinə, idxalına,kefiyyətinə nəzarətlə bağlı müəyyən dəyişikliklər olacaq.
 
Hansı dəyişikliklərin ediləcəyi barədə isə nazir açıqlama verməyib. 
 
Nazirlər Kabinetinin müvafiq qərarına görə Azərbaycanda mayın 1-dən maska tələbi ləğv olunur. Qərara əsasən, xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi aradan götürülb. 
 
Azərbaycanda ilk koronavirusa yoluxma halı  2020-ci ilin fevralında qeydə alınıb. Hazırda Azərbaycanda karantin rejimi 1 iyul tarixinə qədər uzadılıb. Azərbaycanda iki peyvəndləmə kampaniyası keçirilib.
 

Gülnar 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazirə yeni müşavir təyin olundu
Cəmiyyət 23:20
Nazirə yeni müşavir təyin olundu
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 22:06
Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
Litva Belarusa etiraz notası verib
Cəmiyyət 20:43
Litva Belarusa etiraz notası verib
Azərbaycanda dövlət universitetinin binası təmir olunacaq
Cəmiyyət 20:35
Azərbaycanda dövlət universitetinin binası təmir olunacaq
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
Siyasət 19:46
XİN rəhbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Cəmiyyət 18:20
AQTA 18 ölkənin qida təhlükəsizliyi sistemlərini tanıyıb
Xətaidə obyekt yanır
Cəmiyyət 18:13
Xətaidə obyekt yanır

DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər
Cəmiyyət 16:19
DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Cəmiyyət 16:13
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol