İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək

İsveçli fotoqraf və rejissor Mikael Silkberq Şuşa şəhəri və onun mədəni-tarixi irsi haqqında sənədli film çəkəcək.
Mikael Silkberq hazırlıq işləri görmək üçün 3 gün Şuşada qalıb.
Onun sözlərinə görə, bu, Avropa dünyasına şəhərin mədəniyyəti və xüsusiyyətlərini izah etmək cəhdidir.
Silkberq filmdə qəzəllərdən, muğamlardan istifadə etmək və digər musiqi janrları, o cümlədən cazla oxşarlıqları tapmaq istədiyini bildirib.
www.anews.az