Həbsdə olan hüquq müdafiəçisi aclıq aksiyası edir - Anası danışır
Həbsdə olan hüquq müdafiəçisi Elçin Məmməd 6 gündür aclıq aksiyası edir. Bu barədə onun anası Rahilə Məmmədli anews.az-a bildirib.
"Oğlum ilə danışa bilmirik. Həftədə bir dəfə özü zəng edir. Danışıq da 2-3 dəqiqə davam edir, sonra səs kəsilir. Bizim zənglərimizə isə cəzaçəkmə müəssisəsində telefona cavab verən olmur. Onkoloji xəstə olduğum üçün mayın 4-də görüşə gedə bilmədim. Mayın 17-də pensiyalar verilməlidir, onda əlimə pul gələcək. Bundan sonra oğlumu ziyarət edəcəm", - o söylədi.
Rahilə Məmməd deyir ki, oğlu sifarişlə həbs edilib, indi isə səhhətində ciddi problemlər var.
"O hepatit C xəstəsidir, bronxlarında problemlər var. Oğlum hazırda nəfəs almaqda çətinlik çəkir, prostatitdən əziyyət çəkir, ayaqları şişib. Sağlamlıq durumundan narahatlığı ilə bağlı bu gün birinci vitse-prezidentə, ədliyyə nazirinə, Ali Məhkəmənin sədrinə, Penitensiar Xidmətin rəisinə və ombudsmana teleqramlar vurmuşam, cavab gözləyirəm", - o bildirib.
"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin rəhbəri, "Yüksəliş naminə" saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs edilib. Məmməd 2020-ci il 17 oktyabrında Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, oğurluq və qanunsuz silah-sursat saxlamaqda ittiham edilir.
www.anews.az
"Oğlum ilə danışa bilmirik. Həftədə bir dəfə özü zəng edir. Danışıq da 2-3 dəqiqə davam edir, sonra səs kəsilir. Bizim zənglərimizə isə cəzaçəkmə müəssisəsində telefona cavab verən olmur. Onkoloji xəstə olduğum üçün mayın 4-də görüşə gedə bilmədim. Mayın 17-də pensiyalar verilməlidir, onda əlimə pul gələcək. Bundan sonra oğlumu ziyarət edəcəm", - o söylədi.
Rahilə Məmməd deyir ki, oğlu sifarişlə həbs edilib, indi isə səhhətində ciddi problemlər var.
"O hepatit C xəstəsidir, bronxlarında problemlər var. Oğlum hazırda nəfəs almaqda çətinlik çəkir, prostatitdən əziyyət çəkir, ayaqları şişib. Sağlamlıq durumundan narahatlığı ilə bağlı bu gün birinci vitse-prezidentə, ədliyyə nazirinə, Ali Məhkəmənin sədrinə, Penitensiar Xidmətin rəisinə və ombudsmana teleqramlar vurmuşam, cavab gözləyirəm", - o bildirib.
Vəkil Fariz Namazlı deyib ki, Elçin Məmmədin əfv olunması üçün ailəsi Əfv Komissiyasına müraciət edib.
"Onun vaxtından əvvəl həbsdən azad edilməsi ilə bağlı müraciəti də yerli məhkəmə tərəfindən rədd edilib. Bu məhkəmə qərarından isə Ali Məhkəməyə kassasiya şikayəti vermişəm. Amma, Ali Məhkəmədə proses hələ təyin olunmayıb," o qeyd edib.

Penitensiar Xidmətdən hüquq müdafiəçisinin səhhəti ilə bağlı məlumat almaq olmayıb.
"Amnesty International" Elçin Məmmədlin həbsini pisləyib. Azərbaycandakı hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər