Aytən Məmmədovaya hücumla bağlı Prezident və Vilayət Eyvazova müraciət edildi - CANLI YAYIM

Bakıda jurnalist Aytən Məmmədovaya qarşı edilən bıçaqlı hücumla bağlı mətbuat konfransı keçirilib.
Mətbuat konfransı "Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçiləri Rüfət Səfərov, Zaur Əkbər, Zəfər Əhmədov və jurnalistlər Şəmşad Ağa, Aynur Elgünəş və Kamran Mahmudovun təşkilatçılığı ilə baş tutub.
Çıxış edənlər Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıblar.
Aytən Məmmədovanın məruz qaldığı hadisə onun, Nərmin Quliyevanın qətlə yetirilməsi hadisəsi ilə bağlı baş tutan məhkəmə proseslərini ardıcıl işıqlandırması və bu istiqamətdə apardığı jurnalist araşdırması ilə birbaşa bağlıdır. Bildirilib ki, daha əvvəl də Aytən Məmmədova ilə əlaqə saxlanılıb və məhkəmə proseslərini işıqlandırmaması ilə bağlı "xəbərdarlıq” edilib. Onun azyaşlı övladı ilə hədələndiyi qeyd olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər