• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Şahin Mustafayev İrana gedir

Şahin Mustafayev İrana gedir
17.05.2022 14:30
2022-ci il mayın 18-də Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər edəcək.

 APA xəbər verir ki, nümayəndə heyətinə Energetika, Yüksək Texnologiyalar və Nəqliyyat, Xarici İşlər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Azərbaycan Dəmir Yolları” QSC və digər qurumların məsul vəzifəli nümayəndələri daxildir.
Səfər çərçivəsində nümayəndə heyətinin İranın Yol və Şəhərsalma Nazirliyi, Xarici İşlər Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı və digər qurumlarında görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlərdə Azərbaycanla İran arasında nəqliyyat-tranzit, logistika, energetika, sənaye, ticarət, sərmayə və digər məsələlər müzakirə olunacaq. Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun icrası, bu layihənin həyata keçirilməsinin regional inkişafın təmin edilməsində oynayacağı rol əsas müzakirə mövzularından biri olacaq.

Həmçinin, İran şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinə cəlb edilməsi və bu sahədə həyata keçirilən tədbirlər də ətraflı müzakirə ediləcək.

Mehriban qonşuluq, dostluq, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-İran münasibətləri dinamik inkişaf edir. 2021-ci il noyabrın 28-də Aşqabad şəhərində keçirilmiş İƏT dövlət başçılarının Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü ikitərəfli əlaqələrin inkişafına önəmli təkan verib. Bu gün İran şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinə cəlb edilməsi ikitərəfli əlaqələrin dinamik inkişafının təzahürüdür.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
Siyasət 20:30
Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib - XİN
Siyasət 18:19
60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib - XİN
Azərbaycandan İsrail rəhbərliyinə- Mesaj
Siyasət 14:19
Azərbaycandan İsrail rəhbərliyinə- Mesaj
PrezidentAfrim Qaşinini qəbul edib
Siyasət 11:35
PrezidentAfrim Qaşinini qəbul edib
Nazir Belarusa rəsmi səfərə gedib
Siyasət 22:02
Nazir Belarusa rəsmi səfərə gedib
Türkiyə və Ermənistan XİN rəsmiləri Ankarada görüşüb
Siyasət 20:19
Türkiyə və Ermənistan XİN rəsmiləri Ankarada görüşüb
Pənah Hüseyn istefa verib
Siyasət 17:47
Pənah Hüseyn istefa verib
İrandan 41 azərbaycanlı təxliyə olunub - XİN rəsmisi
Siyasət 12:48
İrandan 41 azərbaycanlı təxliyə olunub - XİN rəsmisi
Ərdoğan Azərbaycanı təbrik edib
Siyasət 19:30
Ərdoğan Azərbaycanı təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol