• $ 1.7
  • € 1.9947
  • ₽ 0.02092
  • ₺ 0.0395
  • £ 2.3043

SOCAR nə üçün Azərbaycan bazarında maye qazın həcmini artırmaq istəyir?

SOCAR nə üçün Azərbaycan bazarında maye qazın həcmini artırmaq istəyir?
24.04.2014 17:37
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkədə neft məhsullarının azaldılması yönümündə daha bir effektiv addım atmağa hazırlaşır. Yaxın zamanlarda ölkədə maye qazla işləyən avtomobilləri görmək mümkün olacağı bildirilir.
Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov jurnalistlərə aşıqlamasında bəyan edib ki, yeni birgə müəssisə yaradıblar. Onun təsisçiləri “Azəriqaz” İstehsalat Birliyi və “Mayeqaz” özəl şirkətidir. Birgə müəssisə ölkədə maye qaz satışı ilə məşğul olacaq. Bu məqsədlə qazdoldurma stansiyalarının tikilməsi planlaşdırılır: “Artıq bu müəssisə formalaşmaq üzrədir. ARDNŞ-ın Gürcüstan bazarında maye qazın yanacaqdoldurma məntələrində kifayət qədər satış təcrübəsi var”.
Onun sözlərinə görə, gələcəkdə ictimai nəqliyyatda yanacaq kimi maye qazdan istifadə edilərsə, bu, həm insanlar, həm də şirkətlər üçün sərfəli olar.
ARDNŞ-in vitse prezidenti onu da vurğulayıb ki, böyük şəhərlərdə artıq benzindən deyil, maye qazdan istifadə edilir: "Bu ekoloji baxımdan da effektlidir".
ANN.Az saytı "Caspian Barrel"in araşdırmalarına istimadən xəbər verir ki, maye qazdan istifadə zamanı eyni məsafəni benzinlə işləyən avtomobillərlə müqayisədə 12-13 faiz yanacağa qənaət etmək mümkündür. Belə ki, metanın oktan ədədi benzinlə müqayisədə kifayət qədər yüksəkdir və 117-yə çatır. Bu isə o deməkdir ki, mühərrikdə porşenlərə gərginliyi azaldır. Həmçinin qazın yanma prosesi benzin və ya dizellə müqayisədə daha mükəmməl getdiyindən demək olar ki, çıxışda ətraf mühitə atılan zəhərli maddələrin miqdarı kifayət qədər az olur. Bu da ekoloji baxımdan əsasən də meqapolislər üçün böyük əhəmiyyət daşıyır.
İkincisi, ötən ilin dekabrında olan qiymət artımının nəticələrini cari ilin I rübündə Azərbaycanın daxılı bazarına yönəldilən neft məhsulları ilə müqayisə edərkən məlum oldu ki, 2013-cü ilin yanvar-mart ayları ilə müqayisədə 3,2 faiz azalma qeydə alınıb. Bu zaman daxili bazarda benzinə olan tələbat 1,2 fazi, dizel yanacağına isə 11,6 faiz azalmışdı. Yəni, ümumilikdə qiymət məsələsi ilə heç də bazardakı tələbatın stabilliyini gələcək üçün təmin etmək olmaz.
"Caspian Barrel"in araşdırmalarında deyilir ki, bu səbəbdən də SOCAR orta perspektiv üçün neft məhsullarına daxili bazarda tələbatı stabilləşdirmək üçün H.Əliyev adına NEZ-da kapital təmirlərə start verdi və istehsal gücünü artırmaq qərarına gəldi: "Ancaq bazarda daha effektiv nəticələr əldə etmək üçün böyük həcmdə gündəlik yanacaq işlədən ictimai və çox güman ki, sonradan kommersiya nəqliyyatının da maye qaza keçirilməsi ilə dizel yanacağı sahəsində daxili bazarda kifayət qədər qənaətə nail olmaq olar. Əvəzində qənaət edilmiş yanacaq xarici bazara çıxarılar ki, bundan da SOCAR-ın gəlirləri artar".
Seymur
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Unibankdan Yeni ilin ilk kredit kampaniyası: 0 % komissiya və faizlərə endirim!
İqtisadiyyat 15:27
Unibankdan Yeni ilin ilk kredit kampaniyası: 0 % komissiya və faizlərə endirim!
Prezident: Qarabağda 40 kiçik su elektrik stansiyası tikilib
İqtisadiyyat 13:09
Prezident: Qarabağda 40 kiçik su elektrik stansiyası tikilib
Əliyev: Azərbaycanın xarici borcu azdır, valyuta ehtiyatları onu 16-17 dəfə üstələyir
Siyasət 12:56
Əliyev: Azərbaycanın xarici borcu azdır, valyuta ehtiyatları onu 16-17 dəfə üstələyir
"Bitcoin"in qiyməti düşüb
İqtisadiyyat 10:16
"Bitcoin"in qiyməti düşüb
Ötən il “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara qaytarılan vəsait açıqlanıb
İqtisadiyyat 10:14
Ötən il “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara qaytarılan vəsait açıqlanıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:58
Qızıl və gümüş bahalaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:06
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası tədarük olunacaq
İqtisadiyyat 18:55
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası tədarük olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol