• $ 1.7
  • € 1.9947
  • ₽ 0.02092
  • ₺ 0.0395
  • £ 2.3043

“Neftçi”nin vitse-prezidenti istefa verdi

“Neftçi”nin vitse-prezidenti istefa verdi
24.04.2014 13:47
“Neftçi” futbol klubunun vitse-prezidenti Tahir Süleymanov istefa verib. 
ANN.Az-ın futbol11.az-a istinadən məlumatına görə, Süleymanov “Rəvan”la bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən öncə istefa ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib.
O, səbəb kimi AFFA İntizam Komitəsinin tətbiq etdiyi 20 min manat cəriməni ödəmək istəməməsini göstərib: “Məsələ burasındadır ki, mənə görə kökü, tarixi olan “Neftçi” klubuna ziyan dəyməsini istəmirəm. 20 min manat cəriməni ödəməyə imkanım yoxdur, imkanım olsa belə, ödəmərəm. Çünki həmin qərarın kökündə qərəz var. Mən bütün bunları əsas gətirib, ərizəmi klub prezidentinə təqdim etdim. Mən həmişə olduğu kimi, klubun mənafeyini nəzərə alıb, bu addımı atdım. Sadə vətəndaş kimi gedib, “Rəvan” – “Neftçi” matçını izləyə bilərəm”.
Xəbəri klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə də təsdiqləyib. O deyib ki, Süleymanovla bağlı yekun qərar yaxın günlərdə veriləcək: “Bu gün bizi vacib oyun gözləyir. Bəli, Tahir Süleymanov istefa ərizəsini təqdim edib. Bununla bağlı yekun qərarı klub prezidenti Sadıq Sadıqov verəcək”.
Qeyd edək ki, Tahir Süleymanov “Neftçi”də 4 ildir çalışırdı.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
İdman 23:33
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol