• $ 1.7
  • € 1.9947
  • ₽ 0.02092
  • ₺ 0.0395
  • £ 2.3043

Yeni Aerovağzal Kompleksi belədir - FOTOLAR

Yeni Aerovağzal Kompleksi belədir - FOTOLAR
24.04.2014 11:08
Heydər Əliyev Beynəlxalq Aeroportunun Yeni Aerovağzal Kompleksi istismara verilir. Sərnişinlər bundan sonra yeni – müasir aerovağzal binasından istifadə edəcəklər. ANS PRESS-in məlumatına görə, açılış mərasimində çıxış edən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov, Heydər Əliyev Beynəlxalq Aeroportunun ən yüksək standartlara cavab verən, dünyanın ən gözəl, ən müasir hava limanlarından biri olduğunu və hava limanımıza “Ən Yaxşı Aeroport” adı verilməsi üçün artıq müraciət edildiyini bildirib.Cahangir Əsgərov çıxışında Bakı Hava Limanı haqqında geniş məlumat verib: "Bakıda beynəlxalq standartlara uyğun ilk aerovağzal binasını 1999-cu ildə ulu öndərimiz Heydər Əliyev açıb. Aviaşirkətimizin hava gəmiləri tamamilə yenilənib. Bu gün Azərbaycan vətəndaşları yalnız müasir, Qərb istehsalı olan Airbus 340, 320, 319, Boeing 757, 767 və Embraer təyyarələri ilə uçurlar.Respublikamızın şəhərlərində ardıcıl olaraq 2004-cü ildə Naxçıvanda, 2006-cı ildə Gəncədə, 2008-ci ildə Lənkəranda və Zaqatalada, 2011-ci ildə Qəbələdə Beynəlxalq hava limanları tikilib, müasir uçuş-enmə zolaqları inşa edilib. 2012-ci ildə mövcud aerovağzal binası tamamilə yenidən qurulub.2013-cü ildə isə Yevlax hava limanının yenidənqurma işləri başa çatıb.İldə 6 milyon sərnişin daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin ümumi sahəsi 65 min kvadratmetrdir.Təməli qoyulduğu gündən indiyədək, Sizin birbaşa tövsiyələriniz nəticəsində bu terminalın tikintisində ən keyfiyyətli materiallardan istifadə edilmiş və müasir tələblərə cavab verən avadanlıq quraşdırılıb. Bu terminalda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilib. Sərnişinlərin rahatlığını təmin etmək üçün hər bir imkan yaradılmış - çox sayda kafe və restoranlar, biznes salonlar, interaktiv köşklər və uşaq meydançası inşa edilmiş, zallarda 2000-dən çox rahat oturacaq, 40 ədəd qeydiyyat masası, 30 eskalator, 21 lift və binanın xaricində teleskopik traplar quraşdırılıb. Bu traplar, eyni zamanda, 12 təyyarəni, o cümlədən dünyanın ən böyük sərnişin təyyarəsini – “Airbus A 380”ni qəbul edə bilir.Terminalın tikintisi ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportunun infrastrukturu dəyişmiş, terminalın istismar tələblərinə uyğunlaşdırılıb. Dünyanın ən möhtəşəm, öz arxitektura görünüşü ilə hər kəsi heyran qoyan, hündürlüyü 65 metr olan Hava Hərəkətinin İdarəetmə Mərkəzi inşa edilıb. İdarəetmə mərkəzində quraşdırılmış avadanlıq 165 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə etməyə imkan verir. Hava dəhlizinin uzunluğu isə 8 min kilometrdən artıqdır. Uzunluğu 4 min metr və eni 75 metr olan yeni uçuş-enmə zolağı inşa edilib. Hər cür hava şəraitində təyyarələri qəbul etmək məqsədilə bu zolaq İKAO-nun ən yüksək kateqoriyasına cavab verən işıqlandırma sistemləri, radionaviqasiya avadanlığı və radarlarla təchiz olunub. Təyyarələrin hərəkəti və yaxınlaşması üçün sahəsi 281 min kvadratmetr olan asfalt-beton perronun tikintisi həyata keçirilib. Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yanğınsöndürmə Stansiyası tikilmiş və 8 ədəd müasir yanğınsöndürən maşın alınıb. Aerovağzal Kompleksinin fasiləsiz elektrik enerjisi ilə təchizatı üçün sahəsi 3500 kvadratmetr olan enerji mərkəzi tikilib və 34 min metr kabel çəkilib.Mühəndis-kommunikasiya xətlərinin çəkilişi üçün uzunluğu 700 metr yeraltı dəmir-beton qalereya inşa edilib. Aerovağzalın önündə 750 yerlik avtomobil dayanacağı və ona bağlanan avtomobil yolları salınmış, 90 min kvadratmetr asfalt döşənib. Kompleksin istilik təminatı üçün Aeroportun mərkəzi qazanxanası yenidən qurulub. Bütün hava limanı üçün Mərkəzi Kanalizasiya Kollektor Stansiyası və 3 yeni drenaj nasos stansiyası inşa edilib. Aerovağzal kompleksinin tikintisi ilə bağlı aeroportun perimetri boyu mühafizə tədbirləri ilə əlaqədar 11 kilometr yeni elektron mühafizə hasarı çəkilib."ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Unibankdan Yeni ilin ilk kredit kampaniyası: 0 % komissiya və faizlərə endirim!
İqtisadiyyat 15:27
Unibankdan Yeni ilin ilk kredit kampaniyası: 0 % komissiya və faizlərə endirim!
Prezident: Qarabağda 40 kiçik su elektrik stansiyası tikilib
İqtisadiyyat 13:09
Prezident: Qarabağda 40 kiçik su elektrik stansiyası tikilib
Əliyev: Azərbaycanın xarici borcu azdır, valyuta ehtiyatları onu 16-17 dəfə üstələyir
Siyasət 12:56
Əliyev: Azərbaycanın xarici borcu azdır, valyuta ehtiyatları onu 16-17 dəfə üstələyir
"Bitcoin"in qiyməti düşüb
İqtisadiyyat 10:16
"Bitcoin"in qiyməti düşüb
Ötən il “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara qaytarılan vəsait açıqlanıb
İqtisadiyyat 10:14
Ötən il “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara qaytarılan vəsait açıqlanıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:58
Qızıl və gümüş bahalaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:06
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası tədarük olunacaq
İqtisadiyyat 18:55
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası tədarük olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol