Jurnalist Əfqan Sadıqov əfv edilib

Jurnalist Əfqan Sadıqov əfv edilib. Prezident İlham Əliyevin 27 mayda imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında onun da adı var.
2020-ci ilin mayında "Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2020-ci il tarixli hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər