Ərdoğan Bəxtiyar Vahabzadənin məşhur şeirini səsləndirib
Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan arasındakı məhəbbətə həsr olunan Bəxtiyar Vahabzadənin şeirini "Texnofest Azərbaycan"da səsləndirib.
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu,
Azərbaycan, Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir,
Azərbaycan, Türkiyə".
Ərdoğan 2 dövlətin diplomatik münasibətlərindən də danışıb.
"Bu il diplomatik əlaqələrimizin yenidən qurulmasının 30-cu ildönümünü böyük bir qürurla dərk edirik. Ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk. Diplomatik münasibətlərimiz 30 il əvvəl qurulmuş olsa da, taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur”, - Türkiyə Prezidenti vurğulayıb.

www.anews.az