• $ 1.7
  • € 2.0039
  • ₽ 0.022215
  • ₺ 0.039
  • £ 2.3163

Azərbaycanda niyə ingilis dilli məktəblər açılmır? - Nazir cavabladı

Azərbaycanda niyə ingilis dilli məktəblər açılmır? - Nazir cavabladı
31.05.2022 14:53
Azərbaycan Təhsil Nazirliyi ingilis dilində danışan uşaqların yetərincə olmaması səbəbindən hazırda ölkədə ingilis dilli dövlət ümumtəhsil məktəblərin açılmasını yaxın perspektivdə planlaşdırmır. Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablayarkən deyib.

"Hazırda Azərbaycanda üç dildə - Azərbaycan,rus və gürcü dillərində tədris aparılır. Dövlət məktəblərində ingilis dilində tədrisin aparılması hələki nəzərdə tutulmayıb. Çünki burada bərabər imkanlar məsələsi önəmlidir. Bu uşaqlar necə seçiləcək. Məsələn, rus dili bəlli bir seçim əsasında aparılır. İngilis dilli məktəblərin birdən açılması mümkün deyil. Bir neçə məktəbdə bunu açmaqla uşaqlar arasında bərabərliyi poza bilmərik. Amma biz bəzi lisey və gimnaziyalarda ingilis dili dərsəri geniş səviyyədə tədris olunur. Bütün hallarda isə biz təhsilin ilkin olaraq Azərbaycan dilində aparılmasının tərəfdarıyıq”, - nazir vurğulayıb. 

Hazırda Azərbaycanda 4400 ümumtəhsil müəssisəsi var. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bunlarla yanaşı ölkə üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bölmələr üzrə sayı: Azərbaycan bölməsi üzrə respublika üzrə 1.428.608 nəfər şagird, rus bölməsində 131.412 nəfər, gürcü dili bölməsi üzrə 1.114 nəfər, ingilis dili bölməsi üzrə 5.457, fransız dili bölməsi üzrə 130, türk dili bölməsi üzrə isə 295 nəfər şagird təhsil alır.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol