Putin və Əliyev Qarabağı müzakirə edib
Azərbaycan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
"Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası, regionda sabitliyin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının qarşısının alınması məsələlərini müzakirə edib", - məlumatda bildirilir.
Məlumata görə, İlham Əliyev mayın 22-də Brüsseldə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə keçirilən görüş barədə Rusiya prezidentin məlumat verib.
"Ticarət-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın bəzi aktual aspektləri müzakirə edilib. Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da dərinləşdirilməsinə dair qarşılıqlı niyyət təsdiqlənib", - məlumatda deyilir.
Müxtəlif səviyyələrdə müntəzəm təmasların davam etdirilməsi razılaşdırılıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər