• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Son 3 ildə Türkiyənin qaza tələbatı artıb - Alparslan Bayraktar

Son 3 ildə Türkiyənin qaza tələbatı artıb - Alparslan Bayraktar
02.06.2022 10:15
Son 3 ildə Türkiyənin qaza olan tələbatı 60 milyard kubmetrədək yüksəlib. Bunu Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

"3 il əvvəl qaza tələbat 50 milyard kubmetrə bərabər idi. Ümumiyyətlə, Türkiyədə enerji daşıyıcılarına olan tələbat artır. Son 20 ildə ölkədə qaza olan tələbat isə 3 dəfə çoxalıb. Hazırda Türkiyə Avropada ən böyük qaz istehlakçısıdır və təbii qazın 70 %-i idxal edilir", Bayraktar söyləyib.
 
Nazir müavini qeyd edib ki, Türkiyənin qaz idxal etdiyi əsas qaz ölkəsi Rusiyadır.
 
"Son zamanlar da ABŞ ölkəmizə qaz ixracında ilk üçlükdə yer alır. Türkiyə Trans-Anadolu Qaz Boru (TANAP) xəttinə böyük önəm verir. Amma bununla belə alternativ qaz mənbələri də axtarmaqda davam edir",- Bayrakdar bildirib.

Türkiyə Qara dənizdən hasil edilən qazı 2023-cü ilin birinci rübündən istehlak etməyi planlaşdırır. Bu müddətdə Türkiyə Qara dənizdə 540 milyard kubmetr qazın hasilatı və nəqlinə təxminən on milyard dollar sərmayə qoyacaq.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıdakı İran Bankına məxsus əmlaklar satışa çıxarılıb - Siyahı
İqtisadiyyat 10:29
Bakıdakı İran Bankına məxsus əmlaklar satışa çıxarılıb - Siyahı
Azərbaycan, Türkiyə və Qazaxıstan rəsmilərinin I üçtərəfli görüşü keçirilir
İqtisadiyyat 09:19
Azərbaycan, Türkiyə və Qazaxıstan rəsmilərinin I üçtərəfli görüşü keçirilir
Son 3 ildə Türkiyənin qaza tələbatı artıb - Alparslan Bayraktar
İqtisadiyyat 10:15
Son 3 ildə Türkiyənin qaza tələbatı artıb - Alparslan Bayraktar
Samir Şərifovdan neftin qiyməti ilə bağlı AÇIQLAMA - Təşvişə düşməyə ehtiyac yoxdur
İqtisadiyyat 04:47
Samir Şərifovdan neftin qiyməti ilə bağlı AÇIQLAMA - Təşvişə düşməyə ehtiyac yoxdur
Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 min manat (FOTOLAR)
Cəmiyyət 17:42
Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 min manat (FOTOLAR)
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol