BP Azərbaycana nə qədər investisiya qoyub? - AÇIQLAMA
BP şirkəti indiyədək Azərbaycan iqtisadiyyatına 84 milyard dollar investisiya qoyub. Bunu BP-nin əməliyyatlar və hasilat üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.
Birrel vurğulayıb ki, Azərbaycan iqtisadiyyatına investisiyaların sabitliyi enerji infrastrukturunun inkişafı, neft-qaz ehtiyatları hasilatının daimi xarakter daşıması, eləcə də "yaşıl" enerjiyə keçid üzrə genişmiqyaslı layihələrin olmasına görədir.
BP-nin son açıqlamasına görə, 2022-ci ilin birinci rübü ərzində "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə fəaliyyətlərə təqribən 133 milyon dollar əməliyyat məsrəfləri və 396 milyon dollar əsaslı məsrəflər xərclənib.2021-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 142 milyon və 463 milyon dollar təşkil etmişdi.
Beləliklə, BP-nin AÇG üzrə əməliyyat məsrəfləri 6,3%, əsaslı məsrəflər isə 14,5% azalıb.
AÇG-də iştirak payları aşağdakı kimidir: BP (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

BP şirkəti aparıcı neft şirkətlərindən biridir. FORBES jurnalının reytinqinə görə dünyanın üçünçü, neft şirkətləri arasında isə ikinci şirkətdir. 100 il tarixə malik şirkət, dünyanın çox yerində neft hasilatı və emalı ilə məşğul olub.
Ləman Qasımova
www.anews.az