Azərbaycanın TANAP və TAP ixrac etdiyi qazın həcmi AÇIQLANDI

2022-ci il mayın 1-nə Azərbaycan TANAP və TAP qaz kəmərləri ilə 27 milyard kubmetrdən çox qaz ixrac edib. Bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
"2022-ci il mayın 1-nə Azərbaycan qazının TANAP qaz kəməri ilə Türkiyəyə ixracı 16 milyard kubmetr, TAP qaz kəməri ilə Avropaya 11,3 milyard kubmetr təşkil edib”, - deyə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə cümə günü Bakı Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, 2022-ci il mayın 1-nə İtaliyaya 9,7 milyard kubmetr, Yunanıstana 1,3 milyard kubmetr, Bolqarıstana isə 0,3 milyard kubmetr qaz verilib.
Azərbaycan qazının Avropaya ixracına 2020-ci il dekabrın 31-dən başlayıb.
N.Təbrizli
www.anews.az