Fransa Rusiya neftinə alternativ axtarır
Fransa Rusiya neftinə alternativ tapmaq üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə danışıqlara başlayıb. Anadolu Agentliyinin Paris bürosunun məlumatına görə, bu barədə Fransanın iqtisadiyyat naziri Bruno Le Maire açıqlama verib.
Nazir enerji müstəqilliyi siyasətini Rusiya prezidenti Vladimir Putindən müdafiə etdiklərini vurğulayıb.
Le Maire bildirib ki, BƏƏ ilə əməkdaşlıq çərçivəsində nəzərdə tutulan yeni qanun ekoloji keçiddə investisiyaları və ümumi seçkilərdən sonra bərpa olunan enerji ilə bağlı addımları sürətləndirəcək.
Avropa İttifaqının (Aİ) daxili bazar üzrə komissarı Thierry Breton isə Aİ ölkələrinin mümkün qədər tez Rusiya qazından xilas olub müstəqilliklərini bərpa etmələrini təklif edib. O, açıqlamasında Putinin Avropanı sevmədiyini deyib.
Breton Putinin qazdan istifadə edərək avropalıları parçalamağa çalışdığını iddia edib.
Məltəm Şahbazova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər