Norveç Helsinki Komitəsi Azərbaycana çağırış etdi
Norveç Helsinki Komitəsi Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə uyğun olaraq ölkədə insan hüquqlarının təmin edilməsi və qorunması üçün konkret addımlar atmağa çağırır. Bu barədə Komitə məlumat yayıb.
Komitə cari il mayın 27-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladağı əfv sərənacmı ilə azadlığa çıxan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Saleh Rüstəmli ilə bağlı paylaşım edib.
"Saleh Rüstəmlini yenidən azadlıqda görmək çox gözəldir. Biz onların azadlığa çıxmasına görə şadıq”, - məlumatda deyilir.
Mayın 27-də Azərbaycan Respublikası prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncama əsasən ümumilikdə 213 nəfər əfv edilib. Əfv olunanlar sırasında insan hüquqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan, Gədəbəy rayonunun sabiq icra başçısı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Saleh Rüstəmli və "Azel TV" saytının rəhbəri Əfqan Sadıqov da olub.
Norveç Helsinki Komitəsi Osloda yerləşən Norveçin insan hüquqları üzrə qeyri-hökumət təşkilatıdır. O, 1977-ci ildə Helsinki Sazişlərinin qəbulundan sonra yaradılıb. O, insan hüquqlarına praktikada riayət olunmasını təmin etmək üçün çalışır. O, hazırda fəaliyyətini dayandırmış Beynəlxalq Helsinki İnsan Haqları Federasiyasına bağlı idi.
Ləman Qasımova
www.anews.az