• $
  • £

Zülfiyyə Hüseynova naziri "duelə" çağırdı

Zülfiyyə Hüseynova naziri "duelə" çağırdı
29.05.2020 08:54

“Heç olmasa, utansınlar”

Cüdo və sambo üzrə 9 qat dünya çempionu Zülfiyyə Hüseynova gənclər və idman naziri Azad Rəhimovun “Onun ən yaxşı nəticəsi hansıdır? Qeyri-olimpiya idman növü olan samboda çempion titulu. Gənc qadındır, yaxşı maaşlı işi var. Təqaüd niyə ödənməlidir? İstənilən halda, nazirlik bu məsələdə keçmiş idmançının söylədiyi kimi heç bir maneə yaratmır” açıqlamasına cavab verib.Bu barədə AzNews.az-a danışan xanım idmançı bildirib ki, cüdoda yetərincə uğurları var və prezident təqaüdü almağa layiqdir: “Əgər nazirlik maneə yaratmırsa, təqaüdlə bağlı cənab prezidentə yazdığım müraciət niyə gedib çatmayıb? İkincisi, əgər cənab nazir cüdonun olimpiya növü olduğunu bilmirsə, mən ona nə deyə bilərəm? SSRİ-də cüdo spartakiadasında üçüncü, SSRİ çempionatında isə ikinci yeri tutmuşam. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı, hərbiçilərin olimpiya çempionu, hərbiçilərin və tələbələrin dünya çempionuyam. Bir neçə dəfə Avropada beşinci olmuşam, iki olimpiya oyunlarının iştirakçısıyam. Bütün bunlar hamısı cüdoda qazandığım nailiyyətdir. Yəqin ki, cənab nazir cüdonu olimpiya idman növü saymır, yaxud da mənim nəticələrimdən xəbərsizdir”. “Çox istərdim ki, cənab nazir bunu oxuyub nəticələrimi bilsin”- deyən Z.Hüseynova Azad Rəhimovu üzbəüz teledebata çağırıb: “Əgər mane olmurlarsa, adama deyərlər ki, kim mıənim müraciətimin üstünə qol çəkməyib və cənab prezidentə göndərməyib? İstənilən telekanalda canlı debat olsun. Oturaq üzbəüz danışaq. Görək kim haqlıdır, kim haqsız? Niyə haqdan ədalətdən qaçırlar? Hər dəfə ölkəmizin prezidenti deyir ki, “bəsdir, haqq-ədaləti boğursunuz”. Heç olmasa utansınlar bu sözdən ki, prezident dediyi sözü qulaq ardına vururlar. Onsuz da gec-tez haqq ədalət yerini tutacaq. İnanıram ki, İnşallah cənab prezident bu müsahibələrimin birini oxuyub onların hamısını necə lazımdır yerinə oturdacaq”. ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol