• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Polşa Aİ-nin Rusiyaya sanksiya paketi ilə bağlı yeni təklifi

Polşa Aİ-nin Rusiyaya sanksiya paketi ilə bağlı yeni təklifi
07.06.2022 17:37
Polşa Avropa İttifaqına Rusiyaya qarşı sanksiyaların yeddinci paketinə Rusiya Federasiyasının bütün enerji daşıyıcılarını və banklarını daxil etməyi təklif edir. RİA Novosti xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau avstriyalı həmkarı Aleksandr Şallenberqlə danışıqların yekunu üzrə bildirib.

Polşa diplomatının sözlərinə görə, altıncı məhdudiyyətlər paketinin qəbulu Avropanın Rusiyanın enerji daşıyıcılarından müstəqilliyinin təmin edilməsi istiqamətində mühüm addımdır, lakin bu, kifayət deyil.

"Biz yeddinci sanksiyalar paketi üzərində işləməyə başlamalıyıq, o cümlədən Rusiya qazı və neft-kimya məhsullarının idxalının tamamilə dayandırılması, eləcə də bütün Rusiya və Belarus banklarının SWIFT sistemindən çıxarılması daxildir”, - Rau deyib.


İyunun 3-də Aİ Ukraynada keçirilən xüsusi əməliyyatla əlaqədar Rusiyaya qarşı altıncı sanksiyalar paketini qəbul edib. Buraya Rusiya Federasiyasından neft və neft məhsullarının dəniz tədarükünə embarqo qoyulması, daha bir neçə bankın SWIFT-dən ayrılması, habelə Rusiya-24, RTR-Planeta, TV-Center telekanallarının Aİ-də yayımının dayandırılması daxildir.

Həmçinin 65 fiziki və 18 hüquqi şəxsə qarşı sanksiya tətbiq edilib. Siyahıya başqa şeylərlə yanaşı, Yandex-in baş direktoru və həmtəsisçisi Arkadi Voloj, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun arvadı Tatyana Navka, onun uşaqları Yelizaveta və Nikolay və başqaları da daxildir.

Ertəsi gün Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Pavel Yablonski bildirib ki, Avropa İttifaqı artıq Rusiyaya qarşı növbəti - yeddinci məhdudiyyətlər paketi üzərində işə başlayıb.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xamenei : Döyüş başlayır
Dünya 10:02
Xamenei : Döyüş başlayır
Çin Tehrandakı səfirliyini təxliyə edir
Dünya 00:02
Çin Tehrandakı səfirliyini təxliyə edir
Mahmud Əhmədinejadın öldürülməsi təkzib olundu - Yenilənib
Dünya 23:15
Mahmud Əhmədinejadın öldürülməsi təkzib olundu - Yenilənib
Putinin keçmiş xanımına sanksiya tətbiq edilib
Dünya 22:40
Putinin keçmiş xanımına sanksiya tətbiq edilib
ABŞ Yaxın Şərqə əlavə qırıcı təyyarələr göndərir
Dünya 22:03
ABŞ Yaxın Şərqə əlavə qırıcı təyyarələr göndərir
İran - İsrail müharibəsi davam edir - SON XƏBƏRLƏR
Dünya 21:55
İran - İsrail müharibəsi davam edir - SON XƏBƏRLƏR
Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib
Dünya 20:57
Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib
Türkiyə və Rusiya müdafiə nazirləri İran-İsrail münaqişəsini müzakirə ediblər
Dünya 19:18
Türkiyə və Rusiya müdafiə nazirləri İran-İsrail münaqişəsini müzakirə ediblər
İsrail aviaşirkəti Avropadan təxliyə reysləri planlaşdırır
Dünya 18:05
İsrail aviaşirkəti Avropadan təxliyə reysləri planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol