• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Rauf Mirqədirovun atasından prezidentə - Təsirli məktub

Rauf Mirqədirovun atasından prezidentə - Təsirli məktub
23.04.2014 12:44
Rauf Mirqədirovun atası Həbubulla Mirqədirov prezident İlham Əliyevə məktub ünvanlayıb.“Qafqazinfo” həmin məktubu təqdim edir:"Möhtərəm Prezident, mən 83 yaşlı bir qocayam. Bu uzun ömrümdə həyatımda çox çətinliklər, əzab-əziyyətlər görmüşəm. Böyük Vətən müharibəsində qardaşımı, dinc dövrdə 13 yaşlı qız övladımı itirmişəm. Çox çətində olsa bu müsibətləri yaşamışam. Amma bu gün mənim və ailəmin həyatında ən ağır gündür. Bircə oğlum Rauf həbs edilib. Özüdə elə ağır bir ittihamla. Nələr çəkdiyimi sizə çatdırmaqda acizəm. Möhtərəm Prezident, sizə qarşı özümdə həmişə dərin hörmət hiss etmişəm. Həyat yoldaşım Rəfiqə xanım şəkər xəstəsidir. Həmişə dərmanlarını, təqaüdümüzü alanda sizə, balalarınıza dua edir. Biz bu yaşda heç kəsə möhtac olmadığımız üçün sizə minnətdarıq. Seçkilərdə ailəliklə sizə səs vermişik. Bunu sidq ürəkdən inanaraq etmişik. İnanmışıq ki, təhsilinizlə, təcrübənizlə mütləq bu ölkəni bir yerə gətirib çıxaracaqsınız. İnşallah belədə olacaq. Möhtərəm Prezident, mənim oğlum Rauf Mirqədirov gözəl təhsil almış, “Həsən Bəy Zərdabi” mükafatçısı, “İlin jurnalisti” və sair mükafatların sahibi, Azərbaycan Respublikasının əməkdar jurnalistidir. Dövlətini, vətənini, millətini sevən insandır. Və hər şeydən əlavə saf insandır. O xəyanət etməz, edə bilməz. Bu mümkünsüzdür. Onun nə ilə nəfəs aldığını belə bilirəm. Azərbaycanın milli azadlıq mübarizə illərində birincilərdən idi. 1990-cı ilin 20 yanvar gecəsi səhərəcən yaralıları daşımış, şəkillərini çəkmiş, hətta rus zabitlərinin qarşısına əliyalın çıxıb “atmayın, dinc əhalidir” deyə atəşin gur yerində olmuşdur. Həmin gecə səhəcən mən, anası, bacısı küçələri gəzib onu axtarırdıq. Görünür Allahın bizə rəhmi gəldi, ona dəymədi. Sonralar Azərbaycanda aləm qarışanda, hərə torpağımızı bir tərəfə çəkəndə ilk olaraq Rauf öz məqaləsində deyirdi: “Azərbaycanı bu bəladan yalnız Heydər Əliyev qurtara bilər”. Mən o məqaləni indi də saxlamışam. Rauf dövrün tarixini yazırdı.Haqqında dövlətə xəyanət ittihamı irəli sürülən oğlum tutulana qədər sutkanın yarıdan çoxunu kampüter qarşısında oturub müstəqil dövlətçiliyimizin inkişafı üçün təhlillər aparır, proqnozlar göstərir, məqalələr yazırdı. Möhtərəm Prezident, mənim oğlum bununla nəfəs alır. Demirəm ki, Raufun səhvləri yoxdur, çox olub ki yazılarında səhv hesab etdiklərimizi məndə, anası da ona demişik. Elə yazısı olub ki, heç bəyənməmişik, üstünə təpinmişik. Möhtərəm Prezident, məlumdur, uca Allah müxtəlifliyi sevər, sözə deyil, niyyətə baxar. Raufun niyyətinin saflığına heç zaman şübhəm olmayıb. Məqalələrində səhvi olubsa, kiminsə könlünə toxunubsa mən bir ata kimi oğlumun əvəzindən üzr istəməyə borcluyam. Möhtərəm Prezident, sizdən dönə-dönə xahiş edirəm bizim bu yaşda belə yaralı, gözü yaşlı qalmağımızı rəva görməyəsiniz. Bizə oğlumuza qovuşdurun. Ümidimiz sizədir!"ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Cəmiyyət 21:38
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Masallıda yanğın su kəmərini zədələyib
Cəmiyyət 20:55
Masallıda yanğın su kəmərini zədələyib
Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib - Video
Cəmiyyət 18:08
Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib - Video
Binəqədi rayonunda gənc qadının ölüm faktı ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 17:53
Binəqədi rayonunda gənc qadının ölüm faktı ilə bağlı cinayət işi başlanıb
MDB Oyunları və Formula 1 yarışları ərəfəsində təcili tibbi yardım sistemində hazırlıq gücləndirilib
Cəmiyyət 17:43
MDB Oyunları və Formula 1 yarışları ərəfəsində təcili tibbi yardım sistemində hazırlıq gücləndirilib
Qarabağda tibbi infrastrukturun genişləndirilməsi sürətlə davam edir – TƏBİB
Cəmiyyət 17:40
Qarabağda tibbi infrastrukturun genişləndirilməsi sürətlə davam edir – TƏBİB
Azərbaycanda ilk - Yeni KlinikadaRobotik Reabilitasiya Mərkəzi açılır
Cəmiyyət 17:35
Azərbaycanda ilk - Yeni KlinikadaRobotik Reabilitasiya Mərkəzi açılır
TƏBİB cərahi xidmətlərlə bağlı yeni layihəyəyə başlayır
Cəmiyyət 17:32
TƏBİB cərahi xidmətlərlə bağlı yeni layihəyəyə başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol