• $
  • £

FAO - Ukrayna taxılının ixracı ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir

FAO - Ukrayna taxılının ixracı ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir
09.06.2022 15:52
Ukrayna taxılının ixracı ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. TACC agentliyi bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya ilə əlaqə ofisinin direktoru Oleq Kobyakov bildirib.

"İndi siyasi yolda, böyük Birləşmiş Millətlər Təşkilatının kanalları, BMT-nin xüsusi nümayəndələri və maraqlı tərəflərin iştirakı ilə konkret problemin – bloklanmış Ukrayna taxılının ixracının həlli üçün danışıqlar aparılır. İctimaiyyətə açıq olan məlumata görə, bu danışıqlar uğurlu nəticəyə yaxındır”, - Kobyakov Valday klubunda müzakirə zamanı deyib.

Kobyakov həmçinin xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin taxıl ixracı üçün ən azı beş alternativ çıxış yolunun olduğunu deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ərəfəsində bildirib ki, Kiyev ölkədən taxıl ixracı üçün limanları təmizləsə, Moskva bu vəziyyətdən hərbi əməliyyat maraqları üçün istifadə etməyəcək.
 
Hazırda Qara dəniz limanlarında yerləşən Ukrayna taxılı dünya bazarında həcmin cəmi 0,2%-ni təşkil edir.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünya beynəlxalq bazarında ilişib qalmış taxılın yalnız 1%-dən az hissəsi satılır.

Keçən il bu həcm təxminən 470 milyon ton olub.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Ukrayna limanlardan taxıl ixracı prosedurunu gecikdirməməlidir.

 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Qızıl Aypara Cəmiyyəti: Dörd gündə 767 nəfər ölüb
Dünya 13:22
İran Qızıl Aypara Cəmiyyəti: Dörd gündə 767 nəfər ölüb
İsrailin Livana endirdiyi zərbədə "İslam cihadı"nın komandiri öldürülüb
Dünya 23:49
İsrailin Livana endirdiyi zərbədə "İslam cihadı"nın komandiri öldürülüb
İran səmasında ABŞ və İsrailə məxsus daha yeddi PUA vurulub
Dünya 23:05
İran səmasında ABŞ və İsrailə məxsus daha yeddi PUA vurulub
Ərdoğan NATO baş katibi ilə İran ətrafındakı vəziyyəti müzakirə edib
Dünya 22:30
Ərdoğan NATO baş katibi ilə İran ətrafındakı vəziyyəti müzakirə edib
İspaniya ABŞ-yə hərbi bazalarından istifadəni qadağan etdi
Dünya 21:24
İspaniya ABŞ-yə hərbi bazalarından istifadəni qadağan etdi
Türkiyədə zəlzələ olub
Dünya 20:53
Türkiyədə zəlzələ olub
Qətər İrandan uçan iki Su-24 təyyarəsini vurub
Dünya 20:47
Qətər İrandan uçan iki Su-24 təyyarəsini vurub
Dubay hava limanları uçuşları qismən bərpa edib
Dünya 19:27
Dubay hava limanları uçuşları qismən bərpa edib
Tramp İranla bağlı çıxış edəcək
Dünya 19:19
Tramp İranla bağlı çıxış edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol