Kompüter satışları azalıb - STATİSTİKA

2022-ci ilin yanvar-mayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 205,5 mln. manat xərclənib. 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 91,1% və ya 98 milyon manat çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytı məlumat yayıb.
Bu ilin may satışlarının dəyəri isə aprel göstəricisi ilə müqayisədə 2,3 milyon manat və ya 5,6% azalaraq 38,8 milyon manat təşkil edib.
Ləman Qasımova
www.anews.az
Son xəbərlər
Daha çox 