“Azad qadın” heykəlinin sökülmə iddialarına BŞİH-dən CAVAB

Azərbaycanda dövlətin mühafizə etdiyi tarix-mədəniyyət abidəsi olan "Azad qadın” heykəli sökülmür, sadəcə təmir edilir. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
www.anews.az
"Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır. Hazırda Bakı Şəhər İcra Hakimiyyəti Təmir-Tikinti MMC tərəfindən ərazidə sınmış və ya zədələnmiş qranit və mərmər daşları sökülüb yeniləri ilə əvəz olunur, ərazi abadlaşdırılır. Abadlıq işlərinin sonunda ərazi yaşıllaşdırılacaq, yeni gül və kollar əkiləcək, qazon salınacaq, ərazi gözəl məkana çevriləcəkdir", - məlumatda deyilir.
"Azad qadın” heykəlinin ətrafının hasara alınması heykəlin də sökülməsi ilə bağlı söz-söhbətləri gündəmə gətirmişdi.
"Azad qadın" heykəlini Fuad Əbdürrəhmanov hazırlayıb, 1960-cı ildə Bakıda, Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılmış monumental heykəldir. Heykəl, Cəfər Cabbarlının "Sevil” pyesindən ilhamlanılaraq hazırlanmışdır. Çadradan azad olma Azərbaycan qadınının tənqid və sıxıntılardan uzaqlaşaraq ölkənin ictimai həyatında iştirakı təhsil alma və işləmə hüququnu ifadə edir
"Azərbaycan qadınının azadlığı ideyası məni çoxdan özünə cəlb edirdi. Heykəl üzərində işə başlayarkən, nədənsə kölgələrə ilişmiş qartal təsəvvür eləyirdim. O, çarpalanır və nəhayət ki, azadlığa çıxır. Bir saniyə də keçir və və o, yüksələrək günəşli səmaya can atır", - Fuad Əbdürrəhmanov deyib.
"Azərbaycan qadınının azadlığı ideyası məni çoxdan özünə cəlb edirdi. Heykəl üzərində işə başlayarkən, nədənsə kölgələrə ilişmiş qartal təsəvvür eləyirdim. O, çarpalanır və nəhayət ki, azadlığa çıxır. Bir saniyə də keçir və və o, yüksələrək günəşli səmaya can atır", - Fuad Əbdürrəhmanov deyib.
Heykəlin prototipi Fuad Əbdürrəhmanovun həyat yoldaşı Xanım Əbdürrəhmanova (Rəhmanzadə) olub.
Ləman Qasımova
Ləman Qasımova
www.anews.az
Son xəbərlər
Daha çox 