• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Avropanın Azərbaycan qazına tələbatı artır - İlham Əliyev

Avropanın Azərbaycan qazına tələbatı artır - İlham Əliyev
16.06.2022 13:10
Azərbaycan Avropanın öz enerji resurslarına artan tələbatını ödəmək üçün əlindən gələni edir. Bunu cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxışında bildirib.
    
"Avropada Azərbaycanın enerji resurslarına tələbat artır və biz bunu ödəmək üçün mümkün olan hər şeyi edirik", - Əliyev deyib.
    
O, həmçinin qeyd edib ki, Avropanın tələbatını ödəmək üçün ölkə qaz hasilatını artırmalıdır.
    
"Son aylarda bir neçə Avropa ölkəsi qaz almaq istəyi ilə bizə müraciət edib və biz hazırda bu məsələdə Avropa Komissiyası ilə əməkdaşlıq edirik. Amma bu o qədər də sadə deyil, çünki qaz hasilatını artırmalıyıq", - Əliyev əlavə edib.
    
Hazırda Azərbaycan Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz satır.
    
Ölkə 2022-ci ildə qaz ixracını keçən il olduğu 22 milyard kubmetrdən 24 milyard kubmetrə çatdırmağı planlaşdırır. Bunun 10 milyard kubmetrinin Avropa ölkələrinə ixracı planlaşdırılır.
    
Hökumətin proqnozlarına görə, 2026-cı ilə qədər Azərbaycanın qaz hasilatı ildə 50 milyard kubmetrə çatmalıdır.

Proqnozlara görə,  Azərbaycanda qaz hasilatı 2023-cü ildə - 47 milyard 757,4 milyon kubmetr, 2024-cü ildə - 49 milyard 210,1 milyon kubmetr, 2025-ci ildə - 49 milyard 728,1 milyon kubmetr təşkil edəcək. 2026-cı ildə isə 50 milyard kubmetr strateji hədəfə yaxınlaşacaq.

Növbəti illərdə qaz hasilatının artımı, təbii ki, "Şahdəniz” yatağının işlənməsinin "Mərhələ-2” layihəsi ilə bağlıdır və məhz bu dövrdə  hasilat pik həddinə çatacaq. 2022-ci ildə "Şahdəniz"də hasilatın 22,8 milyard kubmetrə (2021-ci ildən +7%) çatacağı gözlənilir. Bundan əlavə, gələn il "Şahdəniz" yatağında kondensat hasilatının 33,3 milyon barrelə (2021-ci ildən +4,7%) çatacağı gözlənilir.

Bununla belə, digər yataqlar da qaz hasilatının olması gündəmdədir. Bura "Ümid-Babək" qaz-kondensat bloku (ikinci faza), perspektivli Şəfəq-Asiman strukturu (burada qazma işləri aparılır), o cümlədən Qarabağ və "Abşeron" yataqları daxildir. 

Bu, qaz layihələrinin bütün siyahısı deyil, çünki AÇG blokunda, "Şahdəniz” yatağının işlənməsinin "Mərhələ-3" layihəsi çərçivəsində  qaz ehtiyatlarının işlənməsi məsələsi də öz növbəsini gözləyir. Lakin bunlar  uzunmüddətli layihələrdir. 

Azərbaycanda proqnozlaşdırılan qaz ehtiyatları 3-4 trilyon kubmetr, təsdiq edilmiş ehtiyatlar isə 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir və onların böyük hissəsi hələ işlənməyib. Y

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
İqtisadiyyat 21:22
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
İqtisadiyyat 18:10
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
İqtisadiyyat 07:34
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
Azərbaycanda neft hasilatı 4,8% azalıb
İqtisadiyyat 18:24
Azərbaycanda neft hasilatı 4,8% azalıb
BP Azərbaycanda qaz hasilatını artırıb
İqtisadiyyat 15:03
BP Azərbaycanda qaz hasilatını artırıb
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
İqtisadiyyat 20:37
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol