ATƏT Minsk qrupu işini dayandıracaq - Əliyev
Azərbaycan Ermənistanı ATƏT-in Minsk qrupu məsələsi ilə bağlı spekulyasiyalara son qoymağa çağırıb, çünki Qarabağ münaqişəsi nizama salınıb və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsi hazırda aktualdır.Bunu Azərbaycan prezidenti İlham Əliyev bildirib.
"Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk Qrupuna ehtiyac qalmayıb", - Əliyev cümə axşamı IX Qlobal Bakı Forumunda çıxışında deyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra ATƏT-in Minsk qrupunun üç həmsədri arasında təmasların mümkünsüzlüyünü hamı anlayır. "Biz artıq Minsk Qrupu institutunun fəaliyyət göstərməyəcəyi ilə bağlı mesajlar almışıq”, - o deyib.
"Bir daha öz mövqeyimi bildirmək istəyirəm ki, Azərbaycanı ancaq Ermənistanda və ya digər ölkələrdə Minsk Qrupunun hesabına hər hansı spekulyasiya qıcıqlandırır. Münaqişəni həll etdik. Biz Minsk Qrupunun hazırladığı Madrid prinsipləri əsasında qərar verdik. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yollarını düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”, - Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Bakı Ermənistan hökumətinin münasibətlərin normallaşdırılması üçün Azərbaycanın təklif etdiyi 5 əsas prinsipi qəbul etməsinə sevinir. "İndi bu istiqamətdə əməli addımlara ehtiyacımız var”, - o əlavə edib.
Əliyev vurğulayıb ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün bəndlərini, o cümlədən regionda kommunikasiyaların açılması müddəasını yerinə yetirməlidir.
ATƏT-in Minsk qrupuna Fransa, ABŞ və Rusiya daxildir. Bu təşkilat Qarabaö münaqişəsinin nizama salmaq məqsədilə yaradılıb. Xüsusilə Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ və Fransanın Rusiya ilə bir yerdə hər hansı münaqişənin həllində səy göstərməsi ekspertlərə absurd görünür.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər