• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

AZAL bu şəxslər üçün biletlərin qiymətini AŞAĞI SALDI

AZAL bu şəxslər üçün biletlərin qiymətini AŞAĞI SALDI
16.06.2022 14:39
"Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərnlərə aviabiletləri şirkətin rəsmi saytından almağı təklif edib.
 
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən verilən məlumata görə, bu, AZAL-ın kassalarında yaranan uzun növbələrin azalmasına, həmçinin sərnişinlərin aviabiletlərin rəsmiləşdirilməsi prosesini asanlaşdırmağa kömək edəcək.
 
Bildirilib ki, hər iki istiqamət üzrə biletlər aviaşirkətin www.azal.az rəsmi saytından əldə edilə bilər.
 
Biletlərin alınması zamanı ödəniş üçün istənilən bankın Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinin kartları qəbul edilir. Ödəniş zamanı digər şəxsin bank kartından istifadə edildikdə, hava limanında qeydiyyat zamanı kart sahibinin şəxsiyyət vəsiqəsinin surətini, habelə kartın üz tərəfinin surətini təqdim etmək tələb olunacaq.
 
Naxçıvana və ya geri istiqamətdə reyslərə onlayn aviabilet alınarkən saytda həmçinin səyahət edən sərnişinin vətəndaşlığını seçmək üçün sahə göstərilir.
 
Respublika daxilində reyslər üçün aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.
 
Bundan əlavə, qeyd edilən reyslərdə bir sıra kateqoriyalı sərnişinlər üçün endirim nəzərdə tutulub. Belə ki, 18 yaşınadək əlil uşaqlara, tələbələrə, həmçinin I və II qrup əlillərə münasibətdə 10 manat məbləğində endirim tətbiq olunur. Bu kateqoriyalardan olan sərnişinlər üçün aviabiletlər yalnız Bakı və Naxçıvanın hava limanlarında aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirilə bilər. Biletlər alınarkən sərnişinlər müvafiq sənədləri təqdim etməlidirlər.
 
Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutları üzrə aviabiletlərin alınmasına dair təlimatla aşağıdakı videodan tanış ola bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 13:13
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Cəmiyyət 13:00
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
Cəmiyyət 11:29
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
FHN işğaldan azad olunmuş ərazilərdə vətəndaşların maarifləndirilməsi işini davam etdirir
Cəmiyyət 10:54
FHN işğaldan azad olunmuş ərazilərdə vətəndaşların maarifləndirilməsi işini davam etdirir
Faktiki hava açıqlanıb
Cəmiyyət 09:35
Faktiki hava açıqlanıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 00:24
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol