• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Prezident İlham Əliyev Ərəb Liqasının Baş katibini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Ərəb Liqasının Baş katibini qəbul edib - YENİLƏNİB
17.06.2022 17:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Ərəb Dövlətləri Liqasının Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyti qəbul edib.


Əhməd Əbul Qeyt Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, ölkəmizdə və paytaxt Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını deyib. Qonaq Azərbaycanın əldə etdiyi nailiyyətlərin məhz dövlət başçısı tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olduğunu vurğulayıb. Qlobal Bakı Forumunda iştirakdan məmnunluğunu bildirən Əhməd Əbul Qeyt Forumun aktual mövzuya həsr olunduğunu və tədbir çərçivəsində maraqlı müzakirələrin aparıldığını qeyd edib. Qonaq Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlıq məsələlərinə toxunub.


Prezident İlham Əliyev tarixən Azərbaycanın ərəb dövlətləri ilə sıx əlaqələrə malik olduğunu, ölkələrimizin ortaq dini dəyərlər və tarix əsasında bir-birinə bağlı olduğunu bildirib. Dövlət başçısı 2007-ci ildə Ərəb Dövlətləri Liqasının Baş Qərargahına səfərini və oradakı görüşlərini xatırladıb.


Söhbət zamanı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.


Sonda Əhməd Əbul Qeyt Ərəb Dövlətləri Liqası adından dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.


----------
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Ərəb Liqasının Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyti qəbul edib.


Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
Siyasət 20:30
Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib - XİN
Siyasət 18:19
60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib - XİN
Azərbaycandan İsrail rəhbərliyinə- Mesaj
Siyasət 14:19
Azərbaycandan İsrail rəhbərliyinə- Mesaj
PrezidentAfrim Qaşinini qəbul edib
Siyasət 11:35
PrezidentAfrim Qaşinini qəbul edib
Nazir Belarusa rəsmi səfərə gedib
Siyasət 22:02
Nazir Belarusa rəsmi səfərə gedib
Türkiyə və Ermənistan XİN rəsmiləri Ankarada görüşüb
Siyasət 20:19
Türkiyə və Ermənistan XİN rəsmiləri Ankarada görüşüb
Pənah Hüseyn istefa verib
Siyasət 17:47
Pənah Hüseyn istefa verib
İrandan 41 azərbaycanlı təxliyə olunub - XİN rəsmisi
Siyasət 12:48
İrandan 41 azərbaycanlı təxliyə olunub - XİN rəsmisi
Ərdoğan Azərbaycanı təbrik edib
Siyasət 19:30
Ərdoğan Azərbaycanı təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol