Putin sanksiyalara görə 400 milyard dollar itirə bilər
Avropa İttifaqının Rusiya tətbiq etdiyi sanksiyalarındakı itkiləri 400 milyard dollar təşkil edəcək. Bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında çıxışında bildirib.
O, inflyasiya, enerji xərcləri və ərzaq böhranının hamısının Qərbin siyasəti ilə əlaqəli olduğunu bildirib.
Putin gübrə çatışmazlığının ərzaq qiymətlərini daha da yüksəldə biləcəyini proqnozlaşdırır. Onun sözləriə görə, Rusiya gübrə və taxıl ixracını artıra bilər.
O, həmçinin iddia edib ki, Rusiya iqtisadiyyatının vəziyyəti ilə bağlı "tutqun proqnozlar” özünü doğrultmayıb və onun hökuməti daxili inflyasiyanın yüksəlişini uğurla dayandırıb. "
17,8%-lik pik həddindən sonra inflyasiya hazırda 16,7%-ə çatıb və azalmaqda davam edir”, - deyən Putin dövlət maliyyəsinin sabit olduğunu və hakimiyyətin iqtisadiyyatın yaxşılaşdırılması üçün tədbirlər gördüyünü qeyd edib.
Rusiya Federasiyasının Donbasın müdafiəsi üzrə keçirdiyi xüsusi əməliyyatla əlaqədar Aİ ölkələri, İngiltərə və ABŞ Rusiyaya qarşı sanksiyalara başlayıblar. Belə ki, Avropa İttifaqı Rusiya təyyarələri üçün öz hava məkanını bağlayıb. Bundan əlavə, Aİ Rusiya Mərkəzi Bankının ehtiyat və aktivlərinin idarə olunması ilə bağlı əməliyyatları da qadağan edib. Eyni zamanda, Rusiya Federasiyası Mərkəzi Bankının maliyyə ehtiyatlarının təxminən yarısı dondurulacaq. Həmçinin, Almaniya Nazirlər Kabinetində bildirildiyi kimi, artıq beynəlxalq ictimaiyyətin sanksiyalarına məruz qalmış bütün Rusiya bankları, lazım gələrsə, digər Rusiya bankları SWIFT ödəniş tapşırığı sistemindən kənarlaşdırılacaq.
Bu yaxınlarda anti-Rusiya sanksiyalarının Azərbaycana mümkün təsirini Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüqar Bayramov bildirib ki, Rusiyaya qarşı sanksiyalar Azərbaycanda valyuta daxilolmalarının həcminə ciddi təsir göstərməyəcək, ancaq qeyri-neft sektorunun gəlirlərini azalda bilər. Rublun zəifləməsi fonunda ölkədə alıcılıq qabiliyyətinin aşağı düşəcəyi gözlənilir və bu idxalın azalmasına səbəb olacaq. Deputat hesab edir ki, bu mənada Azərbaycanın Rusiyaya ixracının azalması mümkündür.
Rusiyanın Ukraynaya müharibəsi 24 fevraldan başlayıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər