Bu jurnalist Nobel mükafatını 103,5 milyon dollara satıb
Rusiyalı Nobel Sülh Mükafatı laureatı Dmitri Muratov Nobel medalını hərracda 103,5 milyon dollara satıb. Bu barədə Reuters məlumat yayıb.
Nyu-Yorkda baş tutan auksionu təşkil etmiş "Heritage Auctions” bəyanatında bildirib ki, əldə edilən gəlir UNICEF-in UNICEF-in Ukraynada qaçqın düşmüş uşaqlara humanitar reaksiyasına sərf ediləcək.
Bundan əvvəlki satışlarda isə Nobel medalı üçün 5 milyon dollar ödənildiyi bildirilib.
1991-ci ildə "Novaya Qazeta”nı təsis etmiş Muratov 2021-ci ildə filippinli Maria Ressa ilə birlikdə Nobel Sülh Mükafatını qazanıb. "Novaya Qazeta” bu ilin martında fəaliyyətini Rusiyanın Ukraynada hərbi əməliyyatları başa çatanadək dayandırdığını açıqlayıb.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər